36px LV CEV Qadınlar Çempionlar Liqası 120px 280pxTarix22.10.2013—16.03.2014Finalın Məkanı Kristal Zalı, BakıKomanda Sayı24Çempion 16px Dinamo Kazanİkinci Fayl:Med 2.png VakıfbankÜçüncü Fayl:Med 3.png Rabitə Bakı30pxƏn Dəyərli Oyunçu Yekaterina Qamova (Dinamo Kazan)30px Geri-İrəli15px 2012/13-2014/15 15px<noinclude>
2013–14 CEV Qadınlar Çempionlar Liqası — CEV Çempionlar Liqasının 55-ci yarışlarıdır. Turnir 2013-cü il 22 oktyabr tarixində başlayıb 2014-cü il 16 mart tarixində sonlanmışdı.
Format Əsas qaydalar Finalda və qrup mərhələsində eyni ölkədən iki komandas yer ala bilməz. Turnirin keçirildiyi məkan tələb olunan standartlara cavab verməli və gur işıq sisteminə sahib olmalıdır. Dördlər finalına qədər bütün oyunlar evdə-səfərdə, bu mərhələdə isə vahid məkanda keçirilməlidir
Qrup mərhələsi Qrup mərhələsində iştirak edən 24 komanda 6 qrupa hərəsində 4 komanda olmaqla bölünürlər. Bu mərhələnin oyunları hər bir komanda digəri ilə həm evdə, həm də səfərdə oynamaq şərti ilə 6 tur çərçivəsində keçirilir. Hər qrupda ilk iki yeri tutan komandalar Pley-off mərhələsinə vəsiqə qazanırlar. Dördlər finalına ev sahibliyi edən komanda birbaşa yarımfinal mərhələsindən başlayır. (Qruplarda mübarizə aparmaq şərti ilə) Əgər Dördlər finalının ev sahibi qrupunda ilk iki yerdən birini tutmuşsa onun Pley-off biletinə qrup üçüncüləri namizəd olurlar. Qrup üçüncüləri içində ən yaxşısı isə bu titula sahib çıxır. Qrup üçüncülərindən 6 (əgər Dördlər finalının ev sahibi qrupunda dördüncü yeri tutmuşsa) və ya 5 və birdə altı qrup içində ən yaxşı dördüncü yer (əgər Dördlər finalının ev sahibi qrupunda üçüncü yeri tutmuşsa) və yaxud da 5 komanda (əgər Dördlər finalının ev sahibi qrupunda ilk iki yerdən birini tutmuşsa) birbaşa CEV Kubokunun Çelenc raunduna qatılırlar. Qrup dördüncüləri turniri birbaşa tərk edirlər.
Pley-off Pley-off oyunları evdə-səfərdə olmaq üzrə 2 oyundan ibarət olur və iki oyunun nəticəsində rəqibini üştələmiş komanda növbəti mərhələyə vəsiqə qazanır. Əgər iki oyun nəticəsində hər komandanın bir qələbəsi olarsa sonuncu maç dayandırılmır və 15 xaldan ibarət Qızıl set oynanılır. Qızıl setin qalibi isə matçın məğlubu olsa belə növbəti mərhələyə yüksəlir. Bu mərhələ evdə-səfərdə olmaq üzrə 2 oyundan ibarət 1/6 mərhələsi ilə başlayır. 12 -li pley-off da adlanan ilk mərhələ də qrup liderləri və qrup ikinciləri (və ya yuxarıdakı şərtlər əsasında qrup ikincisi kimi tanınan qrup üçüncüsü) ayrı-ayrı səbətlərdə yer alırlar. 1/6 final mərhələsinə qədər əgər bir ölkədən üç komanda çıxmışsa yaxarıdakı əsas qaydaya—"finalda iki komanda iştirak edə bilməz"ə tabe olunaraq bu komandalardan ikisi məcburi bir-biri ilə cütləşdirilir
Dördlər finalı Bu mərhələni yarımfinal, üçüncülük və final matçları əhatə edir. Mərhələ "CEV"ə göndərilən namizədlər içindən seçilən şəhərdə keçirilir. Dördlər finalının ev sahibi qrup mərhələsindən sonra birbaşa bu mərhələyə keçir və püşqatma sonrası seçilən rəqibini gözləyir.
Komandalar Komandalar Avropa Voleybol Konfederasiyasınnın 2013-cü il üçün reytinqində ölkələrinin sırasına görə yarışa qatılıblar. Bunun üçün onlar ölkə çempionatlarında müvafiq lisenziyanı əldə etməli idilər.
Reytinq Ölkə Komandaların sayı Komandalar13VakıfBank Günəş Sığorta İstanbulEczacıbaşı Vitra İstanbulQalatasaray Daikin İstanbul23Dinamo KazanDinamo MoskvaOmiçka Omsk33River Volley Pyaçentsaİmoko Volley KoneglianoUnendo Yamamay Busto Arsizio1 42KannBeyzers Volley52Atom Trefl SopotTauron MKS Dabrova Qornicza6 Azərbaycan3Rabitə BakıAzəryol Bakıİqtisadçı2 72Stinta BacauDinamo Romprest Buxarest81Srvena Zvezda Belqrad92Şveriner SCDrezner SC3 101Volero Zürix111Agel Prostejov121Gent DeymsDəvətlə qatılan komandalar 1Unendo Yamamay Busto Arsizio — İtaliya A Seriyasında 2012-13 mövsümünün normal sezonunu çempion tamamalayan Yamamay "play-off"da finala yüksələ bilməmişdi. Keçən mövsüm Çempionlar liqasında "Dördlər finalı"na qədər yüksələn komandanın uğurlu yüksəlişi Avropa Voleybol Konfederasiyasının nəzərindən qaçmamış və wild card bileti ilə turnirdə iştirak hüququ qazanmışdır. 2 İqtisadçı — Komanda Azərbaycan Superliqasında 2012/2013 mövsümündə Azərreyllə birlikdə ikinci yeri tutmuşdu. İqtisadçılar tez bir zamanda bütün sənədlərini "CEV"ə göndərərək həm heyət, həm də strukturca bu turnirə necə yaxşı hazır olduqlarını göstərə bildilər və tez bir zamanda wild card ilə mükafatlandırıldılar. 3 Drezner SC — Bundesliqanın son mövsümündə üçüncü yeri tutan almanlar Almaniya voleybol klublarının son illərdə yaxaladığı çıxış sayəsində turnirə dəvət almışdır.
Qrup mərhələsi "A" Qrupu
"B" Qrupu
"C" Qrupu
"D" Qrupu
"E" Qrupu
"F" Qrupu
"Pley-off"dakı son vəsiqəyə namizədlərin reytinqi Qrup liderlərindən Rabitə Bakı dördlər finalına ev sahibliyi etdiyindən onun vəsiqəsinə qrup üçüncüləri namizəd oldular.
12 komandalı Pleyoff
İstinadlar
Xarici keçidlər 2014 CEV DenizBank Volleyball Champions League - Women
Kateqoriya:CEV Qadınlar Çempionlar Liqası Kateqoriya:2013-cü ildə qadın voleybolu Kateqoriya:2014-cü ildə qadın voleybolu