Almaz Mustafayeva (tam adı: Mustafayeva Almaz Əhməd qızı; ) — Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası,Almaz Mustafayeva: "Bu serial ilə ikinci həyatımı yaşayıram" . Azərbaycanın əməkdar artisti, "Qızıl Dərviş" mükafatı laureatı.
Həyatı Almaz Mustafayeva 1 oktyabr 1949-cu ildə Ağdam şəhərində doğulub. "Azərbaycanfilm" kinostudiyasının nəzdində 3 illik kinoaktyorluq kursunu bitirib. 1968-ci ildə kinostudiyada rejissor köməkçisi işləyib. 1970-ci il iyunun 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası olmuşdur.
Almaz Mustafayeva kino tarixinə də bir sıra obrazlar bəxş edə bilib. Həmkarları çıxışları zamanı aktirsanın oynadığı "Sehirli xalat", "Yeddi oğul istərəm", "Aktrisanın təbəssümü", "Şir evdən getdi", "Cavanşir" filmlərindən söz açıblar. Almaz xanımın ilk səhnə debütü oğlan obrazı olub.
Almaz Mustafayeva 26 dekabr 2020-ci ildə vəfat etmişdir.
Mükafatları 1997-ci ildə "Qızıl Dərviş" mükafatı ilə təltif olunub. 2013-cü ilin iyun ayının 25-də Əməkdar Artist fəxri adına layiq görülüb. 2014-cü ilin aprel ayının 13-də beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə etdiyi uğurlara görə Kalmıkiya Respublikası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırılmışdır.
Əsas rolları Sadıx — ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli Bahar — ("Ana laylası", İskəndər Coşğun) Balaca — ("Mənim mehriban balam", Şaqinyan) Ramo — ("Əlvida Hindistan", Qeybulla Rəsulov) Əhməd — ("Tamahkar", Süleyman Sani Axundov) Aycan, Sevinc gülü — ("Aycan", Xanımana Əlibəyli) İlqar — ("Sehirli yaylıq", Kərim Həsənov) Gəlincik — ("Gəlincik", Abdulla Şaiq) Bala dovşan — ("Çal oyna", İskəndər Coşğun) Alverçi — ("Ələddinin sehrli çırağı", Nicat Kazımov) Lalə — ("Açıl, bənövşəm açıl", İskəndər Coşğun) Qadın – ("Ah, qadınlar, qadınlar", Marat Haqverdiyev) Nazar – ("Sirr", Alla Axundova) Babuşka – ("Hind fantaziyası", Rafiq Əliyev) Pyero – ("Çəkməli pişik", Nicat Kazımov) I Xanım – ("Yatmış gözəl" B. Marvin) Tənbəl qız – ("Göyçək Fatma" Azərbaycan xalq nağılı) Zümrüd – ("Mən səni sevirəm" Ə. Əmirli) Yetər – ("Qaraca qız" S. S. Axundov, A. Şaiq) Tortilla – ("Buratinonun macəraları" A. Tolstoy) Qırmızı papağın nənəsi – ("Qırmızı papağın nağılı" Y. Şvarts)
Aktyor Tural Mustafayevin anasıdır.
Filmoqrafiya Sehrli xalat (film, 1964) — rol: Səidə Yeddi oğul istərəm... (film, 1970) — rejissor köməkçisi Aktrisanın təbəssümü (film, 1974) — rol: Dilbərin rəfiqəsi Şir evdən getdi (film, 1977) — rol: meymun Toplan və kölgəsi (film, 1977) — film səsləndirən: Toplan Cavanşir (film, 2002) — film səsləndirən: Cavanşir Ovsunçu (film, 2002) — film səsləndirən: Rövşən (Murad Cəfərov) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Kübra) 5+ (film, 2014-2015) (bədii serial) (rol: Safura) İmtahan (teleserial, 2017) (bədii serial) (rol: Pakizə)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Ağdam rayonunda doğulanlar