Vanna Buakeva – İqtisadçının şərəfini qoruyan təcrübəli qadın libero. Avropada oynayan ilk tailandlı voleybolçu. 18 ildir ki, Tailand milli voleybol komandasının şərəfini qoruyur. Milli komandadakı debüt matçı 1996-cı ildə Malayziyaya qarşı olmuşdu.Thailand, Kingdom of - Player's biography
Karyerası Vanna Buakeva karyerasına 1996-cı ildə məktəb səviyyəsində başlamışdı. 1999-cu ilə qədər Tailand millisinin müxtəlif yaş qruplarında oynamış, daha sonra isə 2002-ci ilə qədər Pepsi şirkətinin Banqkok şəhərindəki komandası olan Pepsi Bangkokda oynamışdı. 2001-ci ildə milli komanda ilə birlikdə Asiya çempionatında bürünc medal qazanmışdı.
2002-03 mövsümünü İtaliyada keçirən voleybolçu Volley Spezzano ilə ilk legioner macərasını da yaşamışdı. 2003-2008 illəri arasında onun öz deyimi ilə "Bütün gücümü milli komandaya həsr etmişdim" sözləri tam doğru idi. Belə ki, bu illərdə o heç bir klubda oynamamış, ancaq milli komanda ilə birlikdə bir çox turnirdə iştirak etmişdi. Bu intervalda 2007-ci ildə Asiya çempionatının bir daha bürünc medalını qazanmışdı. Bu səfər bu nailiyyətlə də bəs etməyib bir də şəxsi mükafat qazandı. Bu turnirin "Ən yaxşı müdafiəçi"si nominasiyasında qazanılmış mükafat idi.
İstinadlar
Xarici keçidlər Vanna Buakeva FİVB saytında
Kateqoriya:Tailand voleybolçuları Kateqoriya:İqtisadçı VK voleybolçuları