Samsung Galaxy S5 Samsung şirkəti tərəfindən hazırlanan, inkişaf etdirilən və satışa çıxarılan Android əməliyyat sistemli bir smartfondur. Samsung Galaxy S4-ün xələfidir.
Galaxy S5 24 fevral 2014 tarixində WMC texnologiya sərgisində təşkil edilən Unpacked adlı mətbuat konfransında tanıdılmışdır. IPX6 / 7 lisenziyasına malikdir. Yəni (1 metrə qədər, 30 dəqiqə boyunca) suya qarşı davamlıdır və toz keçirmir. Ancaq Samsung etdiyi şərhdə Galaxy S5 ilə duş alına biləcəyini, ancaq suya atılması lazım olduğunu ifadə etmişdir. Qara , Ağ , Qızıl və Mavi rəng variantları mövcuddur .
Galaxy S5-də Galaxy S4-dən fərqli olaraq səhiyyə proqramlarında təkmilləşdirmələr edilmişdir. Cüt LED flaşa (sarı və ağ) malikdir. Barmaq izi oxuyucusu əlavə olunmuşdur. 30 FPS-də 4K və HDR videolar çəkə bilir. Ultra enerji qorunması modu ilə telefonun axtarış və SMS xüsusiyyətləri xaricində bütün xüsusiyyətləri bağlanılmaqdadır, beləcə böyük bir enerji qənaəti təmin edilə bilməkdədir.
Dizayn Galaxy S5-in qabı polikarbon, arxa qapağı isə plastikdir. Arxa qapağı mat, nöqtəli bir görünüşə malikdir. Görünüş olaraq Galaxy Note 3-ə bənzəyir. Galaxy S4-dən fərqli olaraq suya qarşı dayanıqlı və toz keçirməzlik kimi xüsusiyyətlərə malikdir.
Təchizat Galaxy S5 : 2.5 GHz Snapdragon (prosessor) | Qualcomm Snapdragon 800 (dörd nüvəli) prosessor 2 GB RAM Aderno 330 GPU Düym | 5.1 düym Super AMOLED, (Çözünürlük (optik və elektron) | 1920x1080 Çözünürlük (432ppi) 16 meqapiksel kamera (1080p video qeydi) 2.1 meqapiksel ön kamera (1080p video qeydi) 16/32/64GB daxili yaddaş (64 GB-a qədər MicroSD) 4G | LTE (150 Mbit/s), Wi -Fi (802.11 a/ac/b/g/n 150 Mbit/s) və NFC 2800 mAh batareya
xüsusiyyətlərinə malikdir.
Həmçinin bax Samsung Galaxy Note 10.1 Samsung Galaxy R Samsung Galaxy S II Samsung Galaxy S II HD LTE
Mənbə Samsung Galaxy S5 - Türkçe Vikipedi
Xarici keçidlər www.e.samsung.web.tr
Kateqoriya:Samsung smartfonları Kateqoriya:Android cihazları