Yeni Dizaxlı — ( ləz. ЦӀийи Дизахлы ) Azərbaycan Respublikasının Qəbələ rayonunun Yeni Dizaxlı kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Dizaxlı kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Yeni Dizaxlı kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. 24 iyun 2005-ci il tarixli 953-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Qəbələ rayonunun Yeni Dizaxlı kəndi Dizaxlı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yeni Dizaxlı kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası
Tarixi Deyilənə görə kəndin ortasından düz bir arx(su yolu) keçirmiş , ona görə də kəndin adı dızaxlı(düzarxlı) olmuşdur
Coğrafiyası Kənd Kov Murad dağının ətəyində yerləşir.Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
Əhalisi 2009-cu ilin siyahıyaalmasına əsasən kənddə 2008 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629 Əhali ləzgilər və azərbaycanlılardır.
İqtisadiyyatı Kənd əhalisi heyvandarlıqla, əsasən də qoyunçuluqla məşğul olur. Vaxtilə köçəri olan kənd əhalisi son illərdə fərdi qoyunçuluq təsərrüfatını genişləndirmişdir. Kənd təsərrüfatı məhsullarının əkilməsi də geniş yayılmışdır.
Suvarma kənddən axan kanal vasitəsilə təmin edilir, həmçinin kəndə təmiz su xətti də çəkilib. Kənddə qaz və telefon xidməti də var.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Qəbələ rayonunun kəndləri