Rotunda () — Sankt-Peterburqdakı Qış sarayının şimal-qərb qanadında yerləşən dairəvi otaqdır.
Tarixi Rotunda Çar I Nikolayın sifarişi ilə memar Ogüst Monferranın layihəsi əsasında inşa edilmişdir. Otaq bir çox dövlət otaqları və imperator ailəsinin şəxsi otaqları arasında keçid rolunu oynamışdır.
1837-ci ildə Qış sarayında baş vermiş yanğın zamanı sarayın bir çox otaqları kimi, Rotunda da məhv olmuş, lakin, sonradan əvvəlki stilində bərpa edilmişdir.
Memarlıq xüsusiyyətləri Rotunda neoklassik məbəd stilində dizayn edilmişdir. Dairəvi otaq olan Rotunda gümbəzlə tamamlanmış, gümbəzin ortasında isə şüşəylə örtülmüş okulus yerləşdirilmişdir.
İstinadlar
Ədəbiyyat
History of the Hermitage retrieved 1 November 2008
Kateqoriya:Qış sarayı Kateqoriya:Ogüst Monferranın tikililəri