Torpaqkörpü — Azərbaycan Respublikasının Qusar rayonunun Şirvanlı kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Kənd 1999-cu ildə yaradılmışdır.

Toponimikası Torpaqkörpü oyk., miir. Qusar maili düzənliyindədir. Yaşayış məntəqəsinin adı onun coğrafi mövqeyi ilə əlaqədardır. Kənd təbii suların torpağı yuyub, özünə yol açaraq körpü əmələ gətirdiyi yerdə salındığı üçün belə adlandırılmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 247 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri