İvana Miloş — karyerasını AGİL Novarada davam etdirən xorvatiyalı blokçu.

Karyerası İvana Miloş peşəkar karyerasına 2001-ci ildə öz ölkəsinin voleybol komandası olan Riyekada başlamışdır. Onun bu klubda çıxış etməsində bir sıra səbələr var idi. Başlıca amil isə doğma şəhərində oynamaq istəyi idi. Öz komandasına bağlılığı ilə seçilən Miloş doqquz il bu klubda voleybol oynamışdır. Bu müddət ərzində o, 4 dəfə Xorvatiya çempionluğuna, 5 dəfə isə kubokuna yiyələnmişdi.

2009-cu ildə Xorvatiya milli voleybol komandası ilə birlikdə Peskara şəhərində keçirilən Aralıq dənizi oyunlarında bürünc medal qazanaraq yığma komandadakı ən böyük uğurunu qazanmışdı.

2010–11 mövsümündə karyerasını Azərbaycanda davam etdirən voleybolçu bunun onun arzusu olduğunu söyləmişdi.İvana Miloş: "İstənilən voleybolçu Azərbaycanda oynamağı arzulayır" O, sözügedən mövsümdə İqtisadçı ilə Azərbaycan Superliqasının bürünc medallarına yiyələnmişdi.

2011-ci ildə Azərbaycanın digər bir voleybol klubu olan Lokomotivə transfer olunan İvana burada Avropa Qadınlar CEV Çağırış Kubokunu qazanaraq ilk belə uğuruna imza atmışdı.Lokomotivin Çağırış kuboku üçün heyəti

Növbəti mövsüm Lokomotivdən ayrılaraq Türkiyə klubu Eczacibaşı ilə anlaşan Miloşİvana Milos karyerasını Türkiyədə davam etdirəcək bu klubda bir oyun belə oynamadan geri dönmüşdü. Daha sonra Volley 2002 Forlinin isti təklifini qəbul edərək legioner həyatını İtaliyada davam etdirmişdi.Volley A1, I’Idea vincente di Ivana Milos

2013–14 mövsümündə voleybolçu A1 Seriyasında keçmiş günlərini axtaran adlı-sanlı AGİL Novara komandasından gələn təklifi qəbul edərək Novara şəhərinə yollandı.2013–14 Sezonu Transferleri

İstinadlar

Kateqoriya:Xorvatiya voleybolçuları Kateqoriya:İqtisadçı VK voleybolçuları Kateqoriya:Lokomotiv Bakı VK voleybolçuları Kateqoriya:Azərbaycanda legioner Xorvatiya idmançıları Kateqoriya:2009 Aralıq dənizi Oyunları yarışçıları