Aqtau () — Qazaxıstanın qərbində, Xəzər dənizi sahilində, Mangistau vilayətinin Manqışlaq yarımadasında yerləşən şəhər.
Şəhər 1964–1991-ci illər aralığında Şevçenko adlandırılıb, hazırda Manqıstau əyalətinin əyalət mərkəzidir.
Tarixi Aqtaunun yerləşdiyi ərazi neft və uran ehtiyatları ilə zəngin olduğundan SSRİ dövründə 1961-ci ildə bu ərazidə yeni yaşayış məntəqəsinin tikintisinə başlanıldı. Salınan yeni yaşayış məntəqəsi isə 1963-cü ildə şəhər statusu aldı.
Şəhərin adı 1963-cü ildən 1991-ci ilə kimi Ukrayna şairi Taras Şevçenkonun xatirəsinə Şevçenko adlandırılsa da 1991-ci ildə şəhərin adı dəyişdirilərək Aqtau (aq [aқ] -ağ, tau [тау] -dağ; Ağdağ) edildi.
Nəqliyyat Şəhərdə 1996-cı ildə tikilmiş Aktau Beynəlxalq Hava Limanı fəaliyyət göstərir. 25 dekabr 2024-cü ildə Azərbaycan Hava Yollarının 8243 nömrəli reysi bu hava limanı yaxınlığında qəza enişi etmişdir.
Qardaş şəhərləri , Atırau , Sumqayıt , Konstansa , PotiVisit of M. Saakashvili to Kazakhstan 31 Channel March 31, 2005 , QorqanKZ-Today September 11, 2006 , Ənzəli , Çerkasi
Qalereya
İstinadlar
Kateqoriya:Mangistau vilayəti Kateqoriya:Qazaxıstan şəhərləri
Kateqoriya:Xəzər dənizinin limanları Kateqoriya:Asiyanın liman şəhərləri Kateqoriya:1961-ci ildə SSRİ-də yarananlar Kateqoriya:Avropanın liman şəhərləri Kateqoriya:Sovet İttifaqında salınmış şəhərlər