Diona (, ) — Saturn planetinin peyki. 21 mart 1684-cü ildə italyan astronomu Covanni Kassininin Paris rəsədxanasındakı tədqiqatları nəticəsində kəşf edilmişdir.

Adlandırılması Diona Kassininin kəşf etdiyi Saturnun 4 peykindən biridir. Digər üçü Tetis, Reya və Yapetdir. Kassini kəşf etdiyi peykləri Fransa kralı XIV Lüdovikin şərəfinə "Lüdovik ulduzları" () adlandırmışdı.

1847-ci ilə qədər astronomlar Dionanı Saturnun dördüncü peyki (Saturn IV) adlandırırdılar. Yalnız həmin il Vilyam Herşelin oğlu Con Herşel Saturnun o dövrdə məlum olan 7 peykini Roma mifologiyasında Saturnun analoqu olan Kronosun bacı və qardaşlarının şərəfinə adlandırmağı təklif etdi.

Xarakteristikası 1122 km diametrində olan Diona, Günəş sisteminin 15-ci böyük peykidir.

Xarici keçidlər

Dione Profile at NASA's Solar System Exploration site The Planetary Society: Dione NASA probe video of approach to Dione Cassini images of Dione

Kateqoriya:Saturnun peykləri