Sevda Mirzə qızı İbrahimova () — Azərbaycan bəstəkarı, Azərbaycan Respublikasının xalq artisti (2005), professor (1994).
Həyatı Sevda İbrahimova 1939-cu il noyabrın 28-də anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının piano (prof. M.R.Brennerin sinfi) və bəstəkarlıq (Q. Qarayevin sinfi) fakültələrini bitiribОктай Абаскулиев — Кафедра "Методики и специальной педагогической подготовки" БМА им. У. Гаджибейли . "Musiqi dünyası" jurnalı.
S.İbrahimova iki operanın, beş fortepiano konsertinin, orqan, tar və orkestr üçün konsertlərin, kantataların, kamera-instrumental və vokal kompozisiyalarının, fortepiano solo üçün çoxsaylı silsilələrin, uşaqlar üçün müxtəlif janrlı əsərlərin, filmlər və tamaşalar üçün musiqilərin müəllifi olmuşdur.
Sevda İbrahimova 17 iyul 2022-ci ildə 82 yaşında vəfat etmişdir.
Görkəmli tarzən Qurban Primovun nəvəsidir.Лейла Багир кызы Мамедова. Замечательный музыкант, чуткий педагог и удивительный человек . Журнал HARMONY Görkəmli yazıçı,dramaturq Mirzə İbrahimovun qızıdır.
Əsərləri Operalar Nənəmin nağılları (opera) (1982) — qədim hind dastanı əsasında, libretto Hikmət ZiyanındırЗулейха Байрамова. Детские оперы и балеты азербайджанских композиторов . Журнал HARMONY. Biri vardı (opera)
Vokal əsərləri solistlər və qarışıq tərkibli orkestr üçün "Vətən şəhidləri" kantatası (1990) — M.Dilbazi və M.İbrahimovun sözlərinə səs və piano üçün "Sevirəm" vokal silsiləsi (1997) — H.Ziyanın sözlərinə "Əbədi yurdum" vokal silsiləsi (1999) — B.Vahabzadə, S.Vurğun, M.Araz, M.İbrahim, H.Billuri, N.Həsənzadənin sözlərinə mahnı və romanslar (1990 – 2001) — Nizami, Şəhriyar, S.Vurğun, B.Vahabzadə, M.Araz, H.Ziya, R.Zəka, Y.Həsən, M.Dilbazi, H.Bülluri və b. şairlərin sözlərinə
İnstrumental əsərləri Orqan və simli orkestr üçün Konsert (1990) Qoboy və piano üçün "Qəmginlik" pyeslər silsiləsi (1991) Skripka və kamera orkestri üçün musiqi (1992) Piano və kamera orkestri üçün 3 saylı Konsert (1993) 2 piano üçün "Azərbaycan təranələri" pyeslər silsiləsi (1994) "Gənc pianoçuya" pyeslər silsiləsi (1994) Piano üçün pyeslər (1995) 2 piano üçün pyeslər (1996) 2 piano üçün silsilə pyeslər (1997) Tar və simli orkestr üçün "Sənin üçün darıxıram, Şuşam" (1999) Səs, tar və simli orkestr üçün "Qurbansız qalan tarım" Elegiya-xatirə (2000) Piano üçün pyeslər (1999 – 2001) Simli orkestr üçün "Vətən düşüncələri" (2001)
Filmoqrafiya Əzim Əzimzadə (film, 1967) Yazıçının bir günü (film, 1971) Peşimançılıq (film, 1974) Min bir xəzinə (film, 1976) Nar (film, 1981) Odlu ürək (film, 1981) Bəstəkar Sevda İbrahimova (film)
İstinadlar
Xarici keçidlər Nadir Bədəlov. "Bizim kino". Həbib İsmayılovun "Böyük dayaq" filmi haqqında. 20.02.2016
Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:Qadın opera bəstəkarları Kateqoriya:Azərbaycan film bəstəkarları Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri