Bürsülüm — Azərbaycan Respublikasının Lerik rayonunun Bürsülüm kənd inzibati ərazi dairəsində kənd.Azərbaycan Respublikasının inzibati - erazi bölgüsü. Məlumat toplusu. Bakı - 2013. 488 səh.
Əhalisi Əhalisi 4089 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2022-cu il. I cild. Bakı - 2010.
Toponimiyası Limər çayının (Lənkəran çayının qolu) sağ sahilində, Peştəsər silsiləsinin yamacında yerləşən bu kənd XIX əsrin sonlarında Anzolu, Təngəbin və b. kəndlərdən çıxmış ailələrin onlara məxsus qışlaq yerində məskunlaşması nəticəsində yaranmışdır. Oykonim bür/bürmə (qalın kolluq) və sülüm (tikanlıq) sözlərindən düzəlib. Oykonim qışlaq yerinə xas olan "kollu, tikanlı sahə" deməkdir.”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh. 144.
İstinadlar
Kateqoriya:Lerik rayonunun kəndləri