Çarli Parker(, ) — amerika caz saksofonçusu bəstəkarı, bibop üslubunun yaradıcısı.
Həyatı və yaradıcılığı 1930-cu illərin sonunda ABŞ-nin Kanzas şəhərində əvvəlcə eksperiment xarakteri daşıyan modern-caz və ya bibop üslubu yaranır. Bibopda əsas diqqət orkestrin həmahəng səslənməsinə deyil, müxtəlif alətlərin solo ifasına yetirilir. 40-cıların məşhur cazmenləri saksafonçalan Çarli Parker və trubaçalan Dizzi Gillespi bibopa dünya şöhrəti gətirirlər. Çarli Parkerin modern-cazın inkişafında oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvi caz sahəsindəki xidmətlərinə bərabər tuturlar. Dizzi Gillespinin kəşflərindən biri də caza Afrika, Kuba ritmlərini daxil etməsidir.
Həmçinin bax Caz
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ musiqiçiləri Kateqoriya:ABŞ cazmenləri Kateqoriya:ABŞ ateistləri Kateqoriya:ABŞ saksofonçuları Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:Afroamerikalılar