Cabir Əli oğlu Abdullayev () — Azərbaycan xanəndəsi, Azərbaycan Respublikasının əməkdar artisti (2007).
Həyatı Cabir Abdullayev Ağdamda anadan olmuşdur .
C. Abdullayev 2001-ci ildə Bakı Musiqi Akademiyasının muğam fakültəsini bitirmişdir. Bakı "Azərneftyağ" zavodunun nəzdində fəaliyyət göstərən xalq çalğı alətləri ansamblının solisti olmuşdur.
Azərbaycanda keçirilən bir çox mədəniyyət tədbirlərində, habelə 2004-cü ildə Avstriyada keçirilən Mədəniyyət Günlərində Azərbaycan incəsənət ustaları ilə birgə uğurla çıxış etmişdir.
Hazırda Azərbaycan Dövlət "Muğam" Teatrının solistidir. Teatrda hazırlanan bir sıra tamaşalarında iştirak edir.
Filmoqrafiya Güllələnmiş heykəllər (film, 2002)
İstinadlar
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Ağdam rayonunda doğulanlar Kateqoriya:Ağdamda doğulanlar