Yuko Sano — yapon qadın libero. 1979-cu ildə Yaponiyanın Takatsuki şəhərində anadan olmuşdur. Hal-hazırda Yaponiyanın Denso Airybees komandasında oynayır.
Karyerası Yuko Sano həvəskar karyerasına Kitasaga məktəbində başlamışdı. 1998-ci ilə qədər burada təcrübə yığan voleybolçu 2000-ci ildə Toray Arrovs komandasına transfer olunmuşdu.
Voleybolçu 2002-ci ildə millisinə ilk dəfə olaraq çağrılmışdı. Həmin il milli komanda ilə birlikdə Almaniyada keçirilən dünya çempionatında da iştirak etmişdi. Burada dünya on dördüncülüyü yaşayan voleybolçu milli komanda karyerasındakı ilk böyük uğuruna imza atmışdı. Ancaq bu kiçik uğur növbəti nailiyyətlərdən sonra uğur olmaqdan çıxmışdı. Belə ki, voleybolçu 2007-ci ildə Asiya çempionluğu qazanmışdı. O, 2010-cu ildə öz ölkəsində keçirilən dünya çempionatında da bu turnirdəki ilk medalını — bürüncü boynundan asacaqdı.
Yuko 2012-ci ildə İqtisadçı ilə iki illik müqavilə imzalamışdı.“İqtisadçı” 4 bombanı birdən partlatdı Elə getdiyi ilk mövsümdə Superliqada "ən yaxşı libero" mükafatına layiq görülmüşdü. O, müqavilə müddəti başa çatdıqdan sonra (2012-ci ildə) Türkiyə getmişdi. Burada yerli Qalatasaray klubu ilə razılıq əldə ed' bildi.G.Saray Daikin, Japon Yuko Sano ile 1 yıllığına anlaştı
Uğurları Şəxsi mükafatları 2003 Yaponiya V.Liqa - "Ən Yaxşı Libero" 2006 CEV Çempionlar Liqası - "Ən Yaxşı Libero" 2007 Yaponiya V.Premiyer Liqa - "Ən Yaxşı Libero" 2007 Yaponiya V.Liqa - "Ən Yaxşı Top Qəbuledici" 2007 Asiya və Okeaniya Çempionatı - "Ən Yaxşı Top Qəbuledici" 2008 Yaponiya V.Premiyer Liqa - "Ən Yaxşı Libero" 2009 Yaponiya V.Premiyer Liqa - "Ən Yaxşı Libero" 2011 Azərbaycan Superliqası - "Ən Yaxşı Müdafiəçi" 2013 CEV Çempionlar Liqası - "Ən Yaxşı Top Qəbuledici" 2013 Kulublararası Dünya Çempionatı - "Ən Yaxşı Libero"
Klublar ilə Yaponiya çempionatı: 1 2006-07
16px Fransa çempionatı: 2 2004-05, 2005-06
16px Fransa kuboku: 2 2004-05, 2005-06
İstinadlar
Kateqoriya:Yaponiya voleybolçuları Kateqoriya:İqtisadçı VK voleybolçuları Kateqoriya:Qalatasaray QVK voleybolçuları Kateqoriya:Azərbaycanda legioner Yaponiya idmançıları Kateqoriya:Olimpiya bürünc medalına sahib Yaponiya idmançıları Kateqoriya:2002 Asiya Oyunları medalçıları