Tofiq Hümbət oğlu Nəcəfli(1 noyabr 1960 Füzüli rayonu, Aşagı Seyidəhmədli kəndi) — AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun, “Azərbaycanın XV-XVIII əsrin tarixi” şöbəsinin müdiri. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin dosenti, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi elmi əsərlərin qiymətləndirilməsi şurasının üzvü, tarix üzrə elmlər doktoru.
Həyatı Tofiq Hümbət oğlu Nəcəfli 1960-cı ildə Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində anadan olmuşdur. 1982—1987-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) tarix fakültəsini əla qiymətlərlə bitirmişdir. 1990—1993-cü illərdə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun aspiranturasında təhsil almış və 1993-cü ildə həmin İnstitutun «Azərbaycanın orta əsrlər tarixi» şöbəsinə kiçik elmi işçi vəzifəsinə qəbul olunmuşdur. 1994-cü ilin iyununda «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
Onun «Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında» (Bakı, 2000), “Qaraqoyunlular və Ağqoyunlular” (Təbriz, 2012) və “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri” (Bakı, 2012) adlı monoqrafiyaları çap olunmuşdur. Bununla yanaşı, o, 6 elmi-metodik kitabın və dərs vəsaitinin, habelə 100-dən artıq elmi məqalənin müəllifidir. Türkiyə, Çexiya, Rusiya Federasiyası və İran İslam Respublikasında keçirilmiş beynəlxalq elmi konfranslarda iştirak etmişdir. Türkiyə, İran, Argentina və Rusiyada onun elmi məqalələri çap olunmuşdur. O, nəşr olunmuş “Qubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı” və çapa təqdim olunan iki cildlik «Naxçıvan tarixi» monoqrafiyasının həmmüəlliflərindən biridir. T.H.Nəcəfli həmçinin «Azərbaycan tarix atlası»na (Bakı, 2007) daxil olan XV-XVII əsrlər Azərbaycan tarixinə dair 7 xəritənin həmmüəllifidir. O, «Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti müasir Türkiyə tarixşünaslığında» adlı doktorluq mövzusu üzərində işi başa çatdırmış və müdafiə etmişdir. 2017-ci ildə tarix üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
T.H.Nəcəfli Bakı Dövlət Universitetinin Tarix fakültəsində orta əsrlər tarixini tədris edir. O, həm də magistraturada “Xalqların böyük köçü və Azərbaycan” mövzusu üzrə mühazirələr oxuyur.
O, 1998-ci ildə müqəddəs Həcc və Kərbəla, 2001-ci ildə isə Məşhəd ziyarətlərində olmuşdur. Ailəlidir, iki övladı var.
Əsas elmi əsərləri
Monoqrafiya və kitabları Azərbaycan tarixi. Abituriyentlər üçün vəsait. Bakı, Kür, 1999, 132 s. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, Çaşıoğlu, 2000, 197 s. Azərbaycan tarixi. Abituriyentlər üçün vəsait. Bakı, Kür, 2001, 142 s. Tarixin interaktiv təlimi. Bakı, Çaşıoğlu, 2002, 128 s. (R.Məlikovla birgə). Orta əsrlər tarixi (7-ci sinif). Müəllimlər üçün vəsait. Bakı, Yeni nəsil, 2003, 128 s. (R.Məlikovla birgə) Əmir Teymur. Bakı, Yeni nəsil, 2002, 16 s. (R.İsmaylovla birgə). Azərbaycan tarixi. Test tapşırıqları. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərs vəsaiti. (Həmmüəllif). Bakı, 2003, 184 s. Ə.Z.V.Toqan. Azərbaycan. Azərbaycan dilində çapa hazırlanmışdır (M.Ənsərli ilə birgə). Bakı, Ocaq, 2007, 88 s. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri. Bakı, Çaşıoğlu, 2012, 604 s. قاراقویونلوها و آغقویونلوها. تبریز. نشر اختر (Qaraqoyunlular və Ağqoyunlular. Təbriz, Əxtər nəşriyyatı), 2012, 176 s. Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün Azərbaycan tarixi. Dərs vəsaiti. (Bilal Dədəyevlə həmmüəllif). Bakı, 2013, 287 s. Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı. Bakı, 2013, səh. (həmmüəllif) Gubadly the ancient Azerbaijani land Zangazurs gateway. Baku, Turxan, 2013 (həmmüəllif). Губадлы. Ворота древней Азербайджанской земли Зангезура. Баку, Турхан, 2013 (həmmüəllif) Səfəvi-Osmanlı münasibətləri. Bakı: Turxan NPB, 2014, 516 s. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti. Bakı: Turxan NPB, 2020, 520 s. Azərbaycan Səfəvi dövlətinin Hindistanın türk-müsəlman sultanlıqları ilə əlaqələri. Bakı: Turxan NPB, 2020, 400 s. Şəki: ən qədim zamanlardan günümüzədək. Bakı: Turxan NPB, 2020, 704 s. (Həmmüəllif). Azərbaycan Səfəvi imperiyasının Türküstan xanlıqları ilə siyasi əlaqələri. Bakı: “İdeal-Print” MMC, 2021, 342 s. İrəvan necə varsa: Keçmişdən bu günə. Bakı: Aspoliqraf, 2022, 520 s. (həmmüəllif). Qızılbaş Ensiklopediyası, c. I. Bakı: Təhsil, 2024, 504 s. (Həmmüəllif). Qızılbaş Ensiklopediyası, c. II. Bakı: Təhsil, 2004, 624 s. (Həmmüəllif).
Dərslik və dərs vasaitləri Azərbaycan tarixi. Abituriyentlər üçün vəsait. // Bakı, «Kür», 1999, 132 s. Azərbaycan tarixi. Abituriyentlər üçün vəsait. // Bakı, «Kür», 2001, 142 s. Tarixin interaktiv təlimi. // Bakı, «Çaşıoğlu», 2002, 128 s. (R.Məlikovla birgə). Orta əsrlər tarixi (7-ci sinif). Müəllimlər üçün vəsait. // Bakı, «Yeni nəsil», 2003, 128 s. (R.Məlikovla birgə). Əmir Teymur. // Bakı, «Yeni nəsil», 2002, 16 s. (R.İsmaylovla birgə). Azərbaycan tarixi. Test tapşırıqları. Ümumtəhsil məktəblərinin 10-cu sinfi üçün dərs vəsaiti. (Y.M.Mahmudlu, N.İ.Məmmədova, Q.Ə.Əliyevvə Z.F. Əliyev). Bakı, 2003, 184 s. Əhməd Zəki Vəlidi Toqan. Azərbaycan. Azərbaycan dilində çapa hazır¬lan-mışdır. (M.Ənsərli ilə birgə). Bakı, Ocaq, 2007, 88 s. Azərbaycan Respublikasında təhsil alan xarici tələbələr üçün Azərbaycan tarixi. Dərs vəsaiti. (Bilal Dədəyevlə həmmüəllif). Bakı, 2013, 2015. Ümumi tarix. Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik. Bakı: Təhsil, 2015-2019, (həmüəllif). Ümumi tarix. Ümumtəhsil məktəblərinin 9-ci sinfi üçün dərslik. Bakı: Şərq-Qərb, 2016-2020, (həmüəllif).
Tərtibçisi olduğu kitablar
İrəvan əyalətinin müfəssəl dəftəri. Bakı: Çaşıoğlu, 2009. İrəvan əyalətinin icmal dəftəri. Bakı: Çaşıoğlu, 2009. Gəncə-Qarabağ əyalətinin icmal dəftəri. Bakı: Çaşıoğlu, 2010.
Məqalələri
Azərbaycanın Rusiyaya birləşdirilməsi gedişində xanlıqların ləğvi məsələsinə dair //«Azərbaycan məktəbi». Tarix, ictimaiyyat, coğrafiya tədrisi, 1989, №6, s.70-72. Rusiya işğalı ərəfəsində Azərbaycan xanlıqlarının daxili və xarici vəziyyəti. //«Azərbaycan məktəbi». Tarix, ictimaiyyat, coğrafiya tədrisi, 1990, №4. Türkiyə tarixşünaslığında Ağqoyunlu tayfa ittifaqının adı məsələsi. // «Elm», 1991, №39-40. Ağqoyunlu tayfalarının mənşəyi problemi Türkiyə tarixşünaslığında. // «Tarix», 1992, №1. Ağqoyunlu – Osmanlı münasibətləri məsələsi müasir türk tarixşünaslığında. // Azərb. EA Xəbərləri. Tarix, fəlsəfə və hüqüq seriyası, 1994, №1-4, s.114-119. Zəki Vəlidi Toğanın həyatı və elmi yaradıcılığı. //«Elturan», Bakı, 1996, s.26-28. (M. Ənsərli ilə birgə). Səfəvi-Osmanlı münasibətlərində şiəliyin rolu (Müasir türk tarixşünaslığının materialları əsasında). //Azərbaycan EA Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası, 1998, №1-4, s.110-113. Səfəvilər dövlətinin tarixi muasir türk tarixşünaslığında. //Azərbaycan EA Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası, 2001, №3, s.78-84. Qaraqoyunlu hökmdarı Qara Yusif. //«Hikmət» Elmi araşdırmalar toplusu, Bakı, 2005, №5-6, s.114-121. 1473-cü il Ağqoyunlu – Osmanlı sülhü. //«Hərbi bilik». Bakı, 2005, №5, s.90-96. XVII yüzilliyin II rübündə Səfəvi – Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslığında // AMEA Xəbərləri, TFH seriyası, 2004, № 4, s.96-110. Qara Yusif. //«Tarix, insan və cəmiyyət», Bakı, 2005, №1, s.58-60. Seyfəddin Ərşahinin «Ağqoyunlular. Siyasi, mədəni, iqtisadi və sosial tarix» monoqrafiyası haqqında bəzi qeydlər. //Azərbaycan tarixi muzeyi - 2005. Bakı, 2005, s.60-68. (O.Əfəndiyevlə birgə). Saray Khatun. //”Азербайджан и азербайджанцы”. Баку, 2006, №1-4, p.87-91. Role of Qajars in Azerbaijans political life in XVI - XVII centuries. // «Азербайджан и азербайджанцы». Baku, 2006, №1-4, p.137-147. (G.C.Nəcəfli ilə birgə). XIV yüzilliyin II yarısında Azərbaycanda siyasi vəziyyət və hakimiyyət uğrunda mübarizə Türkiyə tarixşünaslığında. // Tarixin problemləri. Bakı, 2006, №4, s. 358-364. Müasir Türkiyə tarixşünaslığı Elxanilər dövründə Azərbaycanda etnik proseslər haqqında. //AMEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitunun «Elmi Araşdırmalar», VIII buraxılış, Ba¬kı, 2006, sayı 1-4, s. 373-377. Türkiyə tarixşünaslığında Ağqoyunlu – Osmanlı müharibəsinin tədqiqinə dair. //AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunda keçirilən «Şah İsmayıl Xətainin ədəbi irsində bədii-fəlsəfi, ictimai-siyasi görüşlər» adlı elmi praktik konfransın materialları. // Renessans, Bakı, 2006, №3-4, s.54-60. Azərbaycan Qaraqoyunlu hökmdarı Qara Yusifin siyasi və hərbi fəaliyyəti. // «Hərbi bilik», 2006, №5. s.66-74. Qaraqoyunlu – Teymuri münasibətləri müasir Türkiyə tarixşünaslığında. // AMEA Xəbərlər, TFH seriyası, Bakı, 2006, №7, s. 75-86. Political situation and struggle for seizing the power in Azerbaijan in the II half of the XIV century in Turkish historiography. //«Азербайджан и азербайджанцы». Баку, 2006. №5-12, s. 89-93. Şah İsmayılın Sultan II Bayəzidlə qarşılıqlı münasibətlərinin müasir Türkiyə tarixşünaslığında əksi. //AMEA-nın Xəbərləri, Tarix, fəlsəfə və hüquq seri¬yası, Bakı, 2007, №8, s.33-53. XVII yüzilliyin II rübündə Səfəvi – Osmanlı münasibətləri müasir Türkiyə tarixşünaslı¬ğında. AMEA Tarix İnstitutu Elmi Əsərlər 21-ci cild. Bakı, 2007, s.34-49. Азербайджано-индийские торговые отношения (XV-XVII vv.). //«Азербайджан и азербайджанцы». Баку, 2008, №5-8, s.148-154. Çaldıran döyüşünün müasir Türkiyə tarixşünaslığında tədqiqinə dair. //AMEA-nın Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası, Bakı, 2009, №10, s.28-46. Сефевидско-османские отношения на первой половине XVII века в современной турецкой историографии. //«Азербайджан и азербай-джанцы», Баку, 2009, №1-2, s. 104-115 XV-XVI əsrlərdə Naxçıvanın ictimai-iqtisadi həyatı. //Naxçııvan Dövlət Universitetinin Elmi Əsərləri. Ədəbiyyatşünaslıq, Dilçilik, Sənətşünaslıq və Redaqogika seniyası. Naxçıvan, «Qeyrət», 2009, № 2, s. 51-59. Azərbaycan Qaraqoyunlu dövlətinin qurucusu Qara Yusif.// «Elm», 2003, №17-18. 473-cü il Ağqoyunlu-Osmanlı sülhü müasir Türkiyə tarixşünaslığında. // «Elm», 23 noyabr 2004. «Ruhnamə»nin ruhuna dair». //«Elm», 2004, №23-26. (O.Əfəndiyev və X.Qasımovla birgə). Səfəviləri özümüzə qaytaran alim. //«Elm», 2006, №9-10. (G.C.Nəcəfli ilə birgə). Qaraqoyunlu tayfa ittifaqının adı və mənşəyi məsələsi Türkiyə tarixşünaslığında. // Azərbaycan tarixinin problemləri. Bakı, 1992, s.49-54. Türk tarixşünaslığı XIV əsrin ikinci yarısında Azərğaycanda siyasi vəziyyət haqqında. //Müstəqil Azərbaycan Respublikasına həsr edilmiş Azərbaycan tarixi problemlərinin cavan tədqiqatçılarının ikinci Respublika elmi konfransının məruzələri. Bakı, 1992, s.135-137. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin siyasi tarixinin Türkiyə tarixşünaslığında tədqiqinə dair. // Azərbaycan tarixinin problemləri. Bakı, 1993, s.40-43. Türk tarixşünaslığı XV yüzillikdə Azərbaycanda dövlət quruluşunun bəzi məsələləri haqqında. //Azərbaycan EA Aspirantlarının elmi konfranslarının materialları. Bakı, 1993, s.121-124. Qaraqoyunlu-Ağqoyunlu münasibətləri məsələsi müasir türk tarixşünaslığında. //Tarixi keçmişsiz bu günümüz və gələcəyimiz yoxdur. Bakı, 1995. Səfəvi-Osmanlı siyasi münasibətləri müasir türk tarixşünaslığında. // Azərbaycan çoxtərəfli qarşılıqlı əlaqələrdə. İkinci Bakı Beynəlxalq Simpoziumunun məruzələri. Bakı, 1997, s.160-163. XVI əsrin əvvəllərində Səfəvi-Osmanlı münasibətlərinin müasir türk tarixşünaslığında tədqiqinə dair. //«Şah İsmayıl və onun dövrü» Beynəlxalq konfransın məruzələri. Bakı, 1997, s.98-100. Səfəvi-Osmanlı müharibələri və Naxçıvan. // Naxçıvan. Bakı, «Elm», 1999, s.62-72. Təlim prosesində innovasion metodlardan istifadə. //«Tarix fənni üzrə dərsliklərin hazırlanması layihəsi. Bakı, 2000, s.5-14. «Qədim türk yazılı abidələri» mövzusunda dərsə dair metodik tövsiyyələr. //Tarixin tədrisində müasir üsullar (şərhlər, tövsiyələr, nümunələr). Bakı, 2000, s.29-35. Əmir Teymur. // Naxçıvan ensiklopediyası. Bakı, 2002, s.554. Teymurilər dövləti. // Naxçıvan ensiklopediyası. Bakı, 2002, s.554-556. Şərur döyüşü. // Naxçıvan ensiklopediyası. Bakı, 2002, s.543. Çuxursəd bəylərbəyliyi. // Naxçıvan ensiklopediyası. Bakı, 2002, s.94.