IDEA və ya tam adı: "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyi — Azərbaycanda ictimai birlik.
Tarixi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 12 iyul 2011-ci ildə fəaliyyətə başlamışdır.Böyük IDEA nədir? ideacampaign.org Təşkilatın əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaqdır.
Layihələri "Azərbaycanın 9 möcüzəsi""Nizami" Kino Mərkəzində "Quşlar cənnəti — Ağgöl Milli Parkı" sənədli filmi təqdim olunub . azertag.az, 24.04.2015 Gənclərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin ekoloji qiymətləndirilməsində iştirakı (2022) ''' Bir damcı layihəsi Məsuliyyətli Ekoturizm Bələdçiliyi üzrə təlim proqramı (2025) Explore Azerbaijan with IDEA
Poçt markalarında right|thumb|250px|2014-cü ildə buraxılmış poçt markası 2014-cü ilin may ayının 12-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən "Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq" İctimai Birliyinin fəaliyyətinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap edilmişdir. Marka seriyasında 5 poçt markası və 1 kupon yerləşdirilib.
Markaların üzərində ayrı-ayrılıqda ceyran, Qafqaz bəbiri, imperator qartalı, qonur ayı və boz canavarın təsvirləri, kuponda isə "IDEA" (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin xüsusi loqosu əks olunub. Markaların nominal dəyəri müvafiq olaraq 10, 20, 30, 50 və 60 qəpik təşkil edir."Azərmarka" şirkəti ətraf mühitin mühafizəsinə həsr olunmuş marka seriyası və suvenir vərəq çap etdirmişdir. azertag.gov.az
Nominal dəyəri 1 manata bərabər olan suvenir vərəqin üzərində də "IDEA"nın loqosu təsvir olunmuşdur. center|thumb|350px|2014-cü ildə buraxılmış poçt markası
Qalereya
İstinadlar
Xarici keçidlər
"IDEA" İctimai Birliyinin Facebook səhifəsi
Kateqoriya:Azərbaycan təşkilatları Kateqoriya:12 iyulda yarananlar Kateqoriya:2011-ci ildə Azərbaycanda yarananlar