Kasablanka () — 1942-ci ildə Warner Bros. şirkəti tərəfindən çəkilmiş klassik Hollivud filmi. Filmin rejissoru Maykl Körtisdir. Maykl Körtis elə bu film sayəsində ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı qazanmışdır. Filmdə Hollivudun məşhur simaları Hamfri Boqart, İnqrid Berqman və Pol Henrayd iştirak etmişlər. Film İkinci dünya müharibəsi mövzusundadır və elə müharibə davam etdiyi dövrdə çəkilmişdir. Film dram və melodram janrındadır və AFİ (American Film Institute) tərəfindən 2002-ci ildə bütün zamanların ən yaxşı məhəbbət mövzusunda çəkilmiş filmi seçilmişdir.
Mövzu Filmin mövzusu İkinci Dünya müharibəsinin ilk zamanlarından bəhs edir. Çex müqavimət təşkilatının lideri Viktor Lazlou Nasist həbs düşərgəsindən qaçaraq Kasablankaya gəlir. Onun məqsədi Lissabona, oradan da ABŞ-yə mühacirət etməkdir. Viktorun bütün ümidləri Kasablankanın ən məşhur gecə klubunun sahibi olan Rikədir. Rik qaçış üçün Viktor Lazlouya lazım olan sənədlərə sahib tək insandır. Rick isə bir zamanlar Viktorun həyat yoldaşı İlzanı sevmişdir və o, Viktorun tutulmasına və ya öldürülməsinə çalışır.
Filmin heyəti
Kateqoriya:ABŞ filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Melodram filmləri Kateqoriya:Maykl Körtisin filmləri Kateqoriya:1942-ci ilin filmləri Kateqoriya:Oskar mükafatı alan filmlər Kateqoriya:İkinci Dünya müharibəsi haqqında filmlər Kateqoriya:Paris haqqında filmlər Kateqoriya:Fransızca filmlər Kateqoriya:ABŞ-nin ağ-qara filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Televiziya şoularına adaptasiya edilmiş filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Pyeslərə əsaslanan ABŞ filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Dramlar Kateqoriya:İtalyanca filmlər