Rüstəmov Asif Tofiq oğlu () — Azərbaycan rejissoru.

Həyatı Asif Rüstəmov 20 oktyabr 1975-ci ildə anadan olub. Futurologiya İnstitutunda (1992–1995), ADMİU-da (2000–2004), AVANTİ kurslarında təhsil alıb (2003–2004). Azərbaycanfilm kinostudiyasında (2002–2004), Lider TV-də (2004–2005), ButaFilm-də (2005), İctimai TV-də (2005–2006) çalışıb. Kinoatelye 24K studiyasının təsisçisidir.

Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi ABŞ-nin Los-Anceles şəhərində keçirilən SEEfest Film Festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatına layiq görülmüşdür. Bir sıra filmlərin ssenari müəllifi, rejissoru və kreativ prodüsseridir.

Filmoqrafiya Ovsunçu (film, 2002) Labirint (film, 2003) Mən kitabımı başlayıram (film, 2006) Ev (film, 2007) Düyün (film, 2008) Yalançılar (film, 2008) Arxası qibləyə (film, 2009) Teatral həyat (film, 2009) Axınla aşağı (film, 2014) Yoxdu belə söhbət (film, 2018) Nar bağı (film, 2017) Suğra və oğulları (film, 2021) Mərmər soyuğu (film, 2022) Şövkət (film, 2025)

İstinadlar

Kateqoriya:Azərbaycan kinorejissorları