Bern şəhəri öz gözəl fəvvarələri ilə tanınır. Onların içərisində müxtəlif heykəllər ilə bəzədilmiş və XVI əsrdə heykəltaraş Hans Frayburq Ginqin emalaxanasında hazırlanmış fəvvarələrin adlarını qeyd etmək olar.
Tarix Artıq XIII əsrdə, Bern şəhəri müxtəlif quyu, fəvvarə, bulaqlar və özəl hovuzların çoxluğu ilə fərqlənirdi. O dövrün səlnamələri bildirirdi ki, insanlar XIV əsrin sonlarında şəhərin 5 fəvvarəsindən su istifadə edirdilər. Bu beş fəvvarədən günümüzə kimi yalnız Ştettbrunnen (Əbədi fəvvarə) qorunub saxlanmışdı (1885-ci ildə fəvvarənin taxta elementləri daşla əvəz olunmuşdur). Ümumiyyətlə şəhərin köhnə fəvvarələri dedikdə, məhz taxta fəvvarələr nəzərdə tutulur. Yalnız 1520-ci ildə Berndə ilk daş fəvvarə yaradılmışdır. 1542 və 1546-cı illər arasında mövcud taxta fəvvarələr heykəltaraş Hans Frayburq Ginq tərəfindən tipik Bern üslubunda, yəni müxtəlif heykəllərlə və daş materiallarla əvəz edilmişdir. Eyni zamanda yararsız vəziyyətə düşmüş fəvvarələrin təmiri və onların yaxınlığındakı asayişin saxlanılması məqsədilə, şəhərdə xüsusi kontora yaradılmışdı. XVI əsrin fəvvarə və çeşmələri daim yenilənirdi, yaxşı məlumdur ki, məsələn 1712–13-cü illər arasında şəhərin bütün fəvvarələri ümumi yenidənqurma işlərinə məruz qalmışdır.
1890–91-ci illərdə Bern şəhərinin 700-cü ildönümü münasibətilə fəvvarələr ehtiyatla bərpa edilmişdir. 1896-cı ildə Henri Fillip adlı bir çəkməçi Berndə fəvvarələrin saxlanılması üçün bütün sərvətini şəhər bələdiyyəsinə vəsiyyət etmişdir, bu da 1925-ci ildə ümumi yenilənmə işlərinin icra olunmasına böyük yardım olmuşdur.
Fəvvarə sütunları əvvəllər sadə rənglərə boyanmışdı. Hal-hazırda hava təsirinə müqavimət göstərmək üçün sütun və heykəllərdə daha parlaq rənglər istifadə olunur.
Fəvvarələrin siyahısı Şəkil Adı Orijinal adı İl Müəllif Yerləşdiyi Küçə/Meydan Coordinates 100px|none|Pfeiferbrunnen Zurnaçı fəvvarəsi Pfeiferbrunnen XVI əsr Hans Ginq Şpitalqasse 100px|none|Schützenbrunnen Sərrast atıcı fəvvarəsi Schützenbrunnen XVI əsr Hans Ginq Marktqasse 100px|none|Anna-Seiler-Brunnen Anna Zayler fəvvarəsi Anna Seiler XVI əsr Hans Ginq Marktqasse 100px|none|Zähringerbrunnen Seringer fəvvarəsi Zähringerbrunnen XVI əsr Hans Hiltbrand Kramqasse 100px|none|Vennerbrunnen Bayraqdar fəvvarəsi Vennerbrunnen XVI əsr Hans Ginq Rathausplats 100px|none|Simsonbrunnen Samson fəvvarəsi Simsonbrunnen XVI əsr Hans Ginq Kramqasse 100px|none|Gerechtigkeitsbrunnen Ədalət fəvvarəsi Gerechtigkeitsbrunnen XVI əsr Hans Ginq Gerehtiqkaytsqasse 100px|none|Läuferbrunnen Elçi fəvvarəsi Läuferbrunnen XVI əsr Hans Ginq Läuferplatz 100px|none|Mosesbrunnen Musa fəvvarəsi Mosesbrunnen XVI əsr Hans Ginq Münsterplats 100px|none|Ryfflibrunnen Riffli fəvvarəsi Ryfflibrunnen XVI əsr Hans Ginq Aarbergerqasse 100px|none|Kindlifresserbrunnen Uşaqyeyən fəvvarəsi Kindlifresserbrunnen XVI əsr Hans Ginq Kornhausplats 100px|none|Münzbrunnen Qəpik fəvvarəsi Münzbrunnen 1789–1792 Şvartstorştrasse 100px|none|Bernabrunnen Berna fəvvarəsi Berna 1858/1863 Rafael Kristen Federal Saray 100px|none|Welttelegrafen-Denkmal Welttelegrafen-Denkmal ITU memorial 1922 Giuseppe Romagnoli Helvetiaplats 100px|none|Weltpostdenkmal Weltpostdenkmal UPU memorial 1909 René de Saint-Marceaux Kleine Schanze
İstinadlar
Xarici keçidlər
Band 1 der "Kunstdenkmäler des Kantons Bern" mit 3 Kapiteln zu den Berner Brunnen Links zu allen Brunnenartikeln im Historisch-topographischen Lexikon der Stadt Bern
Kateqoriya:Bern abidələri