Çiriş — Ermənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd.
Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir.Musa Urud: «Zəngəzur», Bakı, "Nurlar", 2005. : «Düzəliş-Əlavə» hissəsi
Ümumi məlumat Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır.
1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi.
50-ci illərdə Kurud və Kirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hazırda əsasən Abşeron rayonunda məskunlaşıblar.
Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı 1897-ci il 1922-ci il 1926-cı il 1931-ci il 1970-ci il Çiriş 27 73 79 95 0
Adı Toponim asfodelinakimilər fəsiləsinə aid bitki cinsi olan çirişin adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.İbrahim Bayramov: «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002.
Həmçinin bax Kurud Kirs
Xarici keçidlər Wikimapia.org: Çiriş
İstinadlar
Kateqoriya:Qafan rayonunun kəndləri