Xalac (; hal-hazırkı adı: Atçanan; ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzində yerləşən kənd və kənd icması.

Tarixi Xalac - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, ındi Qafan rayonunda kənd.İbrahim Bayramov, "Qərbi Azərbaycanın türk mənşəli toponimləri" , Bakı, "Elm", 2002. ISBN 5-8066-1452-2

Rayon mərkəzindən şimal-şərqdə Xalacçayın sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindəПагирев Д.Д. Алфавитный указатель к пятиверстной карт Кавказского края, Тифлис, Типография К.П.Казловского, 1913. s.258 qeyd edilmişdir.

Toponim xalac qədim türk tayfasının adı228, s.35Древнетюркский словарь, Л., «Наука», 1969. s.635 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Əhalisi Kənddə 1831-ci ildə 23 nəfər, 1873 - cü ildə 34 nəfər, 1886-cı ildə 308 nəfər, 1897-ci ildə 329 nəfər, 1904 - cü ildə 319 nəfər, 1914 - cü ildə 300 nəfər azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931). Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.56-57, 134-135. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlarИстория Азербайджана по документам и публикациям, Баку, «Элм», 1990. s.205. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk edən azərbaycanlılar öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 132 nəfər, 1926-cı ildə 94 nəfər, 1931-ci ildə 114 nəfər, 1939-cu ildə 780 nəfərErmənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.155 azərbaycanlı yaşamışdır. Kəndin sakinləri 1988-ci ilin noyabr ayının axırlarında Ermənistan dövləti tərəfindən deportasiya olunublar. İndi burada ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Qafan rayonunun kəndləri