Çingiz Hacı oğlu Sadıqov () — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994)
Həyatı Çingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.
1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.
Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Mobil Əhmədov, Mirzə Babayev, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.
1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.
Sadıqovun 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelosi ona təbrik məktubu göndərmişdir.
Çingiz Sadıqov 30 dekabr 2017-ci ildə ABŞ-də vəfat etmişdir.
Mükafatları "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 10 iyun 1959 "Azərbaycan SSR xalq artisti" fəxri adı — 30 dekabr 1987 "Şöhrət" ordeni — 28 oktyabr 2009
Filmoqrafiya Onu bağışlamaq olarmı? (film, 1959) Gülağa Məmmədov (film, 2002) Çingiz Sadıqov (film, 2006) Memar (film, 2006) Maqomayev (teleserial, 2020)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Azərbaycan musiqiçiləri Kateqoriya:Azərbaycan klassik pianoçuları Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:San-Fransiskoda vəfat edənlər Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycandan ABŞ-yə mühacirət edənlər Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:SSRİ pianoçuları Kateqoriya:XX əsr pianoçuları Kateqoriya:XXI əsr pianoçuları