İlon Riv Mask (; ) — biznesmen və investor. O, SpaceX-in qurucusu, prezidenti, baş icraçı direktoru (CEO) və baş texnologiya direktoru (CTO), Tesla şirkətinin mələk investoru, CEO-su, məhsul memarı və eks-prezidenti, X Corp. şirkətinin sahibi, idarə heyətinin sədri və CTO-su, The Boring Company və xAI-nin təsisçisi, Neuralink və OpenAI-nin həmtəsisçisi və Mask fondunun prezidentidir. Dünyanın ən varlı insanlarından biridir. "Forbes" jurnalının 2024-cü il aprel ayına olan məlumatına görə, xalis sərvətinin 196 milyard ABŞ dolları olduğu təxmin edilir.'
Cənubi Afrika Respublikasının zəngin Mask ailəsindən olan İlon Mask paytaxt Pretoriyada doğulmuş və Pretoriya Universitetində oxumuşdur. 18 yaşında Kanadaya mühacirət edərək Kanada əsilli anasının vasitəsilə vətəndaşlıq almışdır. İki il sonra o, Kanadanın Kinqston şəhərində yerləşən Kuins Universitetinə qəbul oldu. Mask daha sonra Pensilvaniya Universitetinə keçərək iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi aldı. O, Stenford Universitetində oxumaq üçün 1995-ci ildə Kaliforniyaya köçdü, lakin iki gündən sonra təhsilini yarımçıq qoydu və qardaşı Kimbal ilə onlayn şəhər bələdçisi proqram təminatı şirkəti olan Zip2-ni qurdu. Startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara alındı. Elə həmin il Mask birbaşa bank olan X.com-un həmtəsisçisi oldu. X.com 2000-ci ildə Confinity ilə birləşərək PayPal-ı yaratdı. eBay 2002-ci ilin oktyabrında PayPal-ı 1,5 milyard dollara aldı. PayPal-ın satışından əldə etdiyi pulun 100 milyon dollarını istifadə edən Mask 2002-ci ildə kosmik uçuş xidmətləri göstərən SpaceX şirkətini qurdu.
Mask 2004-cü ildə elektrikli avtomobil istehsalçısı olan Tesla Motors (daha sonra Tesla) şirkətinin ilk investorlarından biri oldu. O, şirkətin idarə heyəti sədri və məhsul memarı oldu, həmçinin 2008-ci ildə baş icraçı direktor vəzifəsini öz üzərinə götürdü. Mask 2006-cı ildə 2016-cı ildə Tesla tərəfindən satın alınan və Tesla Energy-yə çevrilən SolarCity adlı günəş enerjisi şirkətinin yaradılmasına kömək etdi. 2013-cü ildə hyperloop yüksəksürətli vakuum qatarı daşıma sistemini təklif etdi. 2015-ci ildə qeyri-kommersiya məqsədli süni intellekt tədqiqat şirkəti olan OpenAI-nin həmtəsisçisi oldu. Növbəti il Mask beyin-kompüter interfeyslərini inkişaf etdirən neyrotexnologiya şirkəti olan Neuralink-i və tunel tikintisi ilə məşğul olan Boring Company-ni təsis etdi. 2018-ci ildə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) Maskın Tesla-nın şəxsi ələ keçirilməsi üçün maliyyə vəsaiti aldığını yanlış formada elan etdiyini iddia edərək onu məhkəməyə verdi. Mask məhkəmə işini həll etmək üçün Tesla-nın idarə heyəti sədri vəzifəsindən istefa verdi və 20 milyon dollar cərimə ödədi. 2022-ci ildə Twitter-i 44 milyard dollara satın aldı. Daha sonra şirkəti yeni yaradılmış X Corp.-a birləşdirdi və növbəti il xidməti X olaraq yenidən brendləşdirdi. Mask 2023-cü ilin mart ayında süni intellekt şirkəti olan xAI-ni qurdu.
Mask onu qütbləşən fiqura çevirən fikirlər söyləmişdir. O, COVID-19 dezinformasiyası və antisemitik konspirasiya nəzəriyyələri də daxil olmaqla qeyri-elmi və yanıltıcı bəyanatlar verdiyi üçün tənqid edilmişdir. Onun Twitter-in sahibi olması da eyni dərəcədə mübahisəli olmuş, çoxlu sayda işçinin işdən çıxarılması, nifrət nitqinin artması, vebsaytda yanlış məlumat və dezinformasiyanın artması, eləcə də "Twitter Blue" verifikasiyasında edilən dəyişikliklərlə yadda qalmışdır.
Həyatı
Uşaqlığı və ailəsi İlon Riv Mask 28 iyun 1971-ci ildə CAR-ın Pretoriya şəhərində anadan olmuşdur. Anası Mey Mask (qızlıq soyadı: Haldeman) Kanadanın Saskaçevan şəhərində anadan olmuş dietoloq və modeldir, amma o, Cənubi Afrikada böyümüşdür. Atası Cənubi Afrikalı elektromexanik mühəndisi, pilot, dənizçi, məsləhətçi və bir vaxtlar Tanqanika gölü yaxınlığında Zambiya zümrüd mədəninin yarı sahibi olan Errol Maskdır.*
Maskın özündən kiçik Kimbal (1972-ci il təvəllüdlü) adlı qardaşı və Toska (1974-cü il təvəllüdlü) adlı bacısı var. Ana tərəfdən babası Yoşua Haldeman macəraçı Amerika əsilli kanadalı macərapərəstdir və ailəsini tək mühərrikli Bellanca təyyarəsində Afrika və Avstraliyaya səyahətlərə çıxarmışdır. Mask uşaq olanda həkimlər onun kar olduğundan şübhələndiyi üçün adenoidləri çıxarılmışdı. Ailəsi vaxtilə çox varlı idi; Errol Mask bir dəfə demişdi: "Bizim o qədər pulumuz var idi ki, bəzən seyfimizi bağlaya bilmirdik". Valideynləri 1980-ci ildə ayrıldıqdan sonra Mask əsasən atası ilə Pretoriyada yaşayırdı, bu seçimi özü etmişdi, amma sonra peşman olmuşdu. Mask atası haqda "Dəhşətli bir insan… Demək olar ki, ağlınıza gələ biləcək hər pis hərəkəti edib" deyərək atasından uzaqlaşdı. Onun ata tərəfdən ögey bacısı və ögey qardaşı var. İlon uşaqlığında Anqlikan Sendi məktəbində oxumuşdur.
Mask təxminən 10 yaşında kompüter və video oyunlarla maraqlanmağa başladı və Commodore VIC-20 aldı. O, şəxsi olaraq proqramlaşdırma öyrəndi və 12 yaşında BASIC əsaslı yaratdığı Blastar adlı video oyunu "PC and Office Technology" jurnalına təxminən 500 dollara satdı. Fiziki gücsüz və özünə qapanan uşaq olan Mask uşaqlığı boyu zorakılığa məruz qalıb və hətta bir dəfə bir qrup oğlan onu pilləkəndən aşağı atdıqdan sonra xəstəxanaya yerləşdirilib. Pretoriya Oğlanlar Məktəbini bitirməzdən əvvəl Uoterkluf-Haus Hazırlıq Məktəbində və Brianston Məktəbində təhsil almışdır.
Təhsili alt=An ornate school building|thumb|Maskın məzun olduğu Pretoriya Oğlanlar Məktəbi. Kanada vətəndaşının ABŞ vətəndaşlığı almağının asan olduğunu bilən Mask Kanada pasportu almağa Kanada əsilli anası vasitəsilə müraciət etmişdir. Sənədlərin qəbul prosesi ərzində Pretoriya Universitetində beş ay təhsil aldı və bu da ona Cənubi Afrika Silahlı Qüvvələrində məcburi xidmətdən uzaqlaşmağa şərait yaratdı. Mask 1989-cu ilin iyun ayında Kanadaya gəldi və bir il Saskaçevanda ikinci əmisi oğlu ilə yaşadı. O burada fermada və taxta fabrikində əlavə işlərdə çalışdı. 1990-cı ildə Ontario ştatının Kinqston şəhərində yerləşən Kuens Universitetinə daxil oldu. İki il sonra isə Pensilvaniya Universitetinə qəbul oldu və oranı 1995-ci ildə iqtisadiyyat və fizika üzrə bakalavr dərəcəsi ilə bitirdi.
Mask 1994-cü ilin yay aylarında Silikon Vadisində iki təcrübə keçirdi: enerjinin saxlanması üçün elektrolitik superkapasitorları tədqiq edən Pinnacle Araşdırma İnstitutunda və Palo-Altoda yerləşən Rocket Science Games startapında. 1995-ci ildə Kaliforniyanın Stenford Universitetində materialşünaslıq üzrə fəlsəfə doktoru (Ph. D.) proqramına qəbul olundu. Mask Netscape-də işə düzəlmək üçün sorğu göndərsə də, sorğuları cavabsız qaldı. O, iki gündən sonra Stenforddan ayrılaraq dotkom köpüyünə qoşulub startap yaratmaq qərarına gəldi.
Karyerası
Zip2
1995-ci ildə Mask, Kimbal və Qreq Kori mələk investorların köməyi ilə Zip2 veb proqram təminatı şirkətlərini qurdular. Şirkət Palo-Altoda icarəyə götürdükləri kiçik bir ofisdə yerləşdirdi. Şirkətin məhsulu qəzet nəşriyyatı sənayesi üçün xəritələrdən ibarət internet şəhər bələdçisi idi. Maskın dediyinə görə, şirkət uğur qazanmazdan əvvəl, o, mənzil ala bilmədiyi üçün ofis icarəyə götürüb orada yatır, duş alır və bir kompüteri qardaşı ilə birgə işlədirdi. Kimballa biznes qərarlarında razılığa gələ bilməyəndə, fikir ayrılıqlarını güləşərək həll edirdilər. Mask deyirdi ki, "Veb-sayt gündüzlər işləyirdi və mən onu həftənin yeddi günü, hər zaman gecə kodlayırdım". Mask qardaşı ilə "The New York Times" və "Chicago Tribune" ilə müqavilələr əldə etdilər və idarə heyətini CitySearch ilə birləşmə planlarından imtina etdiklərinə inandırdılar. Maskın Riç Sorkinin tutduğu vəzifə olan baş icraçı direktor olmaq cəhdləri idarə heyəti tərəfindən qəbul edilmədi. Compaq 1999-cu ilin fevral ayında Zip2-ni 307 milyon dollara satın aldı. Maska bu məbləğdən 7 faizlik payına görə 22 milyon dollar düşdü.
X.com və PayPal
Mask 1999-cu ilə qardaşı ilə birlikdə onlayn maliyyə xidməti verən və e-poçt ödəniş sistemi olan X.com şirkətini təsis etdi. Startap ilk federal sığortalı onlayn banklardan biri idi və fəaliyyət göstərdiyi ilk aylarında 200.000-dən çox müştəri qazanmışdı. Şirkətin investorları Maskı təcrübəsiz hesab etdilər və ilin sonuna kimi onu Intuit-in baş icraçı direktoru Bill Harrislə əvəz etdilər. Növbəti il X.com rəqabətdən uzaqlaşmaq üçün onlayn bank olan Confinity ilə birləşdi. Maks Levsin və Piter Til tərəfindən qurulan Confinity-nin X.com xidmətindən daha populyar olan PayPal adlı pul köçürmə xidməti var idi. Şirkətin birləşməsindən sonra Mask CEO vəzifəsinə geri qayıtdı. Maskın Linux-dan daha çox Microsoft proqram təminatına üstünlük verməsi şirkətdə fikir ayrılığı yaratdı və Tilin istefasına səbəb oldu. Yaranan texnoloji problemlərə və vahid biznes modelinin olmamasına görə, idarə heyəti Maskı vəzifədən uzaqlaşdırdı və 2000-ci ilin sentyabrında onu Til ilə əvəz etdi. Şirkət Tilin rəhbərliyi altında PayPal xidmətinə diqqət yetirdi və 2001-ci ildə PayPal adını aldı. PayPal 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı və şirkətin 11,72% səhmlə ən böyük səhmdarı olan Mask satışdan 175,8 milyon dollar əldə etdi.
Mask 2017-ci ildə PayPal-dan X.com domenini açıqlanmayan məbləğə aldı və bunun sentimental dəyəri olduğunu dedi.
SpaceX
alt=Musk, dressed in a suit, holds a metal model of the Starship|left|thumb|Mask 2019-cu ildə NORAD və Kosmik Komandanlığa Starship haqqında danışır|262x262px Mask 2001-ci ildə qeyri-kommersiya təşkilat olan Mars Cəmiyyətinə üzv olur. O, Marsda bitkilər üçün böyümə qabları yerləşdirmək planından ilhamlanır və layihənin maliyyələşdirilməsini öz üzərinə götürür. Mask 2001-ci ilin oktyabrında istixana yüklərini kosmosa göndərə bilən yenilənmiş qitələrarası ballistik raketlər (ICBM) almaq üçün Cim Sentrell və Mayk Qriffin ilə birlikdə Moskvaya getdi. Onlar NPO Lavochkin və Kosmotras şirkətləri ilə görüşdülər, lakin Maska təcrübəsiz kimi baxırdılar və hətta rus baş dizaynerlərindən biri ona tüpürdü. Qrup ABŞ-yə əliboş qayıtdı. 2002-ci ilin fevralında üç ədəd ICBM almaq üçün yenidən Rusiyaya qayıtdılar. Onlar Kosmotras ilə başqa bir görüş keçirdilər və ruslar 8 milyon dollara bir raket təklif etdilər. Mask isə bunu rədd edərək, əvəzində ucuz raketlər istehsal edə biləcək şirkət yaratmağa qərar verdi. Mask ilk əldə etdiyi kapitalın 100 milyon dolları ilə 2002-ci ilin may ayında SpaceX adı ilə ticarət edilən Space Exploration Technologies Corparation-u qurdu. 2021-ci ildən etibarən o, şirkətin icraçı direktoru (CEO) olaraq qalır və eyni zamanda texniki direktor (CTO) titulunu da daşıyır.