Əyyub Haqverdiyev Məmmədəli oğlu () — Azərbaycan aktyoru, Azərbaycan SSR Xalq artisti (1964).
Həyatı Əyyub Məmmədəli oğlu Haqverdiyev 15 mart 1911-ci ildə Naxçıvanda anadan olmuşdur. O, 1930-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirmişdir. 1930–1996 illərdə C. Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləmişdir. Komik rollar ifaçısı kimi tanınmış, lakin dramatik və faciəvi obrazlar da yaradıb. 1948–50-ci illərdə Naxçıvan MSSR Ali Sovetinin deputatı olub.
Fəaliyyəti Əyyub Haqverdiyev Məşədi İbad, Vəli ("O olmasın, bu olsun", "Arşın mal alan", Ü. Hacıbəyov), Dursun ("Durna", S. Rüstəm), Mirzə Səməndər, Aqşin ("Almaz", "Od gəlini", C. Cabbarlı), Surxay ("Toy", Sabit Rəhman) və s. rolları oynamışdır.
Onun Ü. Hacıbəyovun "O olmasın bu olsun" komediyasında oynadığı Məşədi İbad rolu təkcə tamaşaçılar deyil, o cümlədən Xalq artisti, gülüş ustası Lütfəli Abdullayev tərəfindən də yüksək qiymətləndirlib. Lütfəli Abdullayev Naxçıvan teatrında Məşədi İbadı obrazını oynayandan sonra xatirə və ehtiram olaraq öz parik və saqqalını ona hədiyyə edib. Hazırda bu yadigar aksesuarlar Əyyub Haqverdiyevin oğlu, Azərbaycan Respublikasının Əməkdar artisti Behruz Haxverdiyevdədir.
Ölümü Əyyub Haqverdiyev 12 iyun 1996-cı ildə Naxçıvanda vəfat etmişdir.
Mükafatları Əyyub Haqverdiyev "Əməkdə fərqlənməyə görə", "Əmək igidliyinə görə" medalları və "Mədəniyyət əlaçısı" döş nişanı ilə təltif edilib. Aktyora 17 iyun 1943-cü ildə Azərbaycan SSR Əməkdar artisti, 14 oktyabr 1964-cü ildə Azərbaycan SSR Xalq artisti fəxri verilmişdir.
Mənbə C. Vəzirov. Güldürən-ağladan. Naxçıvan, 1998
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanlı aktyorlar Kateqoriya:Azərbaycan SSR xalq artistləri Kateqoriya:Naxçıvanda doğulanlar Kateqoriya:Naxçıvanda vəfat edənlər Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları