Astana tammetrajlı televiziya tamaşası rejissor Bünyad Məmmədov tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Əsas rolları Yaşar Nuri, Firəngiz Şərifova, Süleyman Ələsgərov, Bəsti Cəfərova və Abbas Qəhrəmanov ifa edirlər.

Məzmun Film içkinin məngənəsinə düşmüş, evini, ailəsini, uşağını tərk edib tüfeyli həyat tərzini seçən Andrey Buslayın başına gələn hadisələrin ətrafında cərəyan edir. Qarlı günlərin birində yaxşı insanlardan biri onu qar-borandan xilas edib evinə gətirir. Andrey bu evdə toplaşan təmiz qəlbli insanlardan bir növ dərs alır.

Atasına, anasına, keçmiş həyat yoldaşına Andreyin ölümü ilə bağlı xəbər çatdırılır. Beləliklə, Andrey dəhşətli bir sınaqdan keçməli olur. Öz "ölümü"nə kənardan baxaraq ibrət götürən Andrey aqibətinin çox acınacaqlı olacağını anlayır və hər şeyi düzəltmək ümidilə geriyə-kəndinə dönmək qərarına gəlir...

Filmdə alkoqolizm bəlası güclü dramatizmlə tərənnüm edilir.

Filmin üzərində işləyənlər Əsərin müəllifi: Aleksey Dudarev Rejissor: Bünyad Məmmədov Operator: Fərman Nəbiyev Rəssam: Rəfael Əsədov Bəstəkar: Cavanşir Quliyev

Rollarda Yaşar Nuri — Andrey Buslay Firəngiz Şərifova — ana Süleyman Ələsgərov — ata Bəsti Cəfərova — Alina Abbas Qəhrəmanov — Draqun Elxan Ağahüseynoğlu — Nikolay Svetlana Vahidova — Nina Rafiq Əzimov — Şarqayev Elxan Quliyev — Krasovski Məcnun Hacıbəyov — milisioner

Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 1986-cı ilin Azərbaycan filmləri 1980-ci illər Azərbaycan filmlərinin siyahısı

Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri