Çirkab () – 2013-cü ildə irland yazıçısı İrvin Uelşin eyniadlı romanı əsasında Con S. Beyrdin rejissorluğu ilə kriminal komediya-dram janrında çəkilmiş şotland filmi. Film Şotlandiyada 27 sentyabr, İrlandiya və Britaniyada isə 4 oktyabr 2013-cü ildə vizyona girmişdir. ABŞ kinoteatrlarında filmin debütü 30 may 2014-cü ildə baş tutmuşdur.Filth , imdb.com

Məzmunu Bryus Robertson (Ceyms MakEvoy) Edinburqda polis serjantıdır; intriqant, manipulyativ, insanlara dəyər verməyən bir insandır, vaxtını narkotik alkoqol və bəzən də cinsi təcavüzlə keçirir, şəxsi evfemizmindən doğan çirkli oyunlarına ətrafındakı bir çox insanları cəlb edir. Robertson əxlaqlı və yaxşı tərbiyə görmüş dostu Klifford Bleysdi (Eddi Marsan) tez-tez qorxutmaqdan zövq alır, o, tez-tez masson lojasının üzvü olan bu dostunun arvadına zənglər edərək, oyunlarından biri kimi, onu qorxudur.

Robertsonun həyatda əsas məqsədi detetktiv inspektor vəzifəsinə yüksəlməkdir və yapon tələbəbib öldürülməsi ilə bağlı araşdırmanı aparmağa başladıqda bu arzusuna gedən yolun açıldığını düşünür. Yavaş-yavaş o reallığa nəzarətini itirir, bununla belə oyunlarını davam etdirir, ağır hallüsinasiyalardan əziyyət çəkir. Filmin sonuna yaxınlaşdıqca onunhallüsinasiyaları daha da ağırlaşır və Bryus havalanır. Yuxu şəklində görünən və ona ağır psixotrapik dərmanlar verən həkimi vasitəsiylə məlum olur ki, Bryus körpəliyinin hansısa dövründə kiçik qardaşının ölümünə səbəb olmuş qəzanın baş verməsində özünü günahlandırır. Məlum olur ki, onun arvadı başqa kişiyə görə Bryusu tərk edib və qızı ilə görüşməsinə də imkan vermir, Bryus isə ağır psixoloji durumda, arvadını öz yanında hiss eləmək üçün onun paltarlarını geyinərək özünü qadın kimi aparır.

Qadın paltarında küçədə gəzərkən o, cinayətkar dəstə (filmin əvvəlində tədqiqatına başlanan cinayət işini törədən dəstə) tərəfindən ələ keçirilir və döyülür. Lakin, o, dəstənin rəhbərini pəncərədən ataraq öldürür və ağır vəziyyətdə iş yoldaşları tərəfindən tapılır. Baş verən hadisələrin nəticəsi olaraq Robertson nəinki vəzifədə qaldırılmır, əksinə vəzifəsi aşağı salınır, yeni işçi Rey Lennoks (Ceymi Bell) isə inspektor vəzifəsinə yüksəlir. Daha sonra Bryus video çəkərək etdiklərinə görə üzr istəyir. Bryus filmin sonunda özünü asaraq öldürməyə cəhd edir, lakin qapını döyən qadın və oğlu (filmin əvvəlində onalr bir neçə dəfə Bryusla qarşılaşır və ona müsbət təsir göstərirlər) ona mane olur.

Rollarda Ceyms MakEvoy — Bryus Robertson Ceymi Bell — Rey Lennoks Eddi Marsan — klifford Bleyds İmocen Puts — Amanda Drummond Brayan MakKardi — Dugi Gillman Emun Elliott — Piter İnglis Qari Lüis — Qas Bein Con Sessions — Bob Tol Şauna MakDonald — Karol Robertson Cim Brodbent — Dr Rossi Coanna Froggat — Meri Keti Diki — Krissi Martin Kompston — Qorman Yeyn De Çisteker — Oki Şayrli Henderson — Banti Cordan Yanq — Lekso Polianna Makİntoş — Sayz Kuin Bobbi Reynsburi — Stefani Zak Eisaku Niizato — Yapon tələbə Ron Donaşi] — Hektor Treysi-Enn Oberman — Diana Nataşa O'Keeffe — Anna David Sol — Punter

Qəbulu

Gəlirləri Şotlandiyada açılış həftəsində £250,000 gəlir əldə edən film hit paradlarda birinci yerə yüksəlmişdir. Növbəti həftədə Britaniyada vizyona girən film ilk həftəsonunda £842,167 ($1.4 milyon) gəlir əldə etmişdir.

Tənqidçilərin mövqeyi Rotten Tomatoes filmi 10 ballıq sistemlə 6.3 balla dəyərləndirən 76 tənqidçinin fikrinə əsasən, 63% müsbət reytinqlə qiymətləndirir. Orta rəydə bildirilir ki, “əyri, çirkli, xoşagəlməz entusiazmlı Çirkab filmi öz adını çox yaxşı doğruldur.”

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Birləşmiş Krallığın komediya filmləri Kateqoriya:Şotlandiya filmləri Kateqoriya:Roman əsasında çəkilmiş filmlər Kateqoriya:Narkomaniya haqqında filmlər Kateqoriya:Müstəqil filmlər Kateqoriya:Psixoaktiv dərmanlar haqqında filmlər Kateqoriya:Edinburq haqqında filmlər Kateqoriya:Müstəqil Britaniya filmləri Kateqoriya:İngiliscə kriminal komediya-dram filmləri Kateqoriya:İngiliscə qara yumor filmləri Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngiliscə Almaniya filmləri Kateqoriya:Böyük Britaniya romanlarına əsaslanan filmlər Kateqoriya:Lionsgate filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Polis məmurları haqqında filmlər Kateqoriya:Britaniyanın milad filmləri Kateqoriya:2013-cü ilin müstəqil filmləri Kateqoriya:Icon Productions filmləri Kateqoriya:İntihar haqqında filmlər