thumb|Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyasının bayrağı. Bayraqda şkot düyünü təsvir olunmuşdur. Veksillologiya ( - "bayraq"; - "təlim", "elm") — bayraqları, ştandartları, vımpelləri və digər bu kimi predmetləri öyrənən köməkçi tarix elmi. Bu elmin adı Roma legionları tərəfindən istifadə edilən veksillum adlı bayrağın adından yaranmışdır.
Bayraqların identifikasiya simvolları
Bayraqların identifikasiya simvolları Vitni Smit (:en:Whitney Smith) tərəfindən yaradılmış və Beynəlxalq Veksillologiya Assosiasiyaları Federasiyası tərəfindən təsdiq edilmişdir.
Birinci sıra quruda, ikinci sıra suda istifadəni nəzərdə tutur və şəxsi (mülki), dövlət (hökumət) və hərbi bayraqlara bölünür.
İstifadəsi Şəxsi Hökumət Hərbi Quruda Mülki (milli) Dövlət (hökumət) Ordu Suda Mülki (dəniz) Dövlət (dəniz) HDQ
Bu simvollardan istifadə etməklə 63 kombinasiya düzəltmək mümkündür. Onlardan ən çox istifadə olunanları aşağıdakı cədvəldə göstərilib:
Simvol Mətn ifadəsi Təsviri İstifadə sahəsi C**/*** Civil Flag Vətəndaşlar tərəfindən quruda *S*/*** State Flag Dövlət müəssisələri tərəfindən quruda **W/*** War Flag Quru qoşunları tərəfindən ***/C** Civil Ensign Vətəndaşlar tərəfindən şəxsi gəmilərdə. Ticarət bayrağı. ***/*S* State Ensign Dövlət gəmilərində ***/**W War Ensign Hərbi Dəniz Qüvvələri bayrağı CS*/*** Civil and State Flag Vətəndaşlar və dövlət müəssisələri tərəfindən quruda *SW/*** State and War Flag Dövlət müəssisələri və quru qoşunları tərəfindən quruda CSW/*** National Flag Bütün məqsədlər üçün quruda ***/CSW National Ensign Bütün məqsədlər üçün suda CSW/CSW National Flag and Ensign Bütün məqsədlər üçün quruda və suda
Həmçinin bayraqların istifadəsinin digər yönləri üçün xüsusi simvollardan istifadə edilir. Məsələn, rəsmi və ya qeyri-rəsmi status, bayrağın hansı üzü təsvir edilib və s.:
Fayl:IFIS Normal.svg Bayrağın rəsmi və ya de-yure versiyası, yaxud ön tərəfi Fayl:IFIS Proposed.svg Bayraq təklif edilib, amma rəsmi qəbul edilməyib Fayl:IFIS Reconstruction.svg Bayrağın təsvirlər əsasında bərpası Fayl:IFIS Reverse.svg Bayrağın arxa tərəfi Fayl:IFIS Variant.svg Qeyri-əsas, amma istifadə edilən şəkil Fayl:IFIS Alternate.svg Bayrağın alternativ versiyası Fayl:IFIS De facto.svg Bayrağın de-fakto versiyası Fayl:IFIS Two-sided.svg İkiüzlü bayraq — bayrağın hər üzündə müxtəlif şəkillər var Fayl:IFIS Sinister.svg Bayrağın ağacından sola bayrağın ön tərəfi Fayl:IFIS Authorised.svg Rəsmi təsdiq edilmiş bayraq Fayl:IFIS Historical.svg Tarixən istifadə edilən bayraq Fayl:FIAV mirror.svg Arxa tərəfi — ön tərəfinin güzgü əksi Fayl:IFIS Equal.svg Arxa tərəfi ön tərəfi ilə eynidir Fayl:IFIS No reverse info.svg Arxa tərəfindəki təsvir məlum deyil Fayl:IFIS Vertical normal.svg Bayrağı flaqştoku 90° çevirib şaquli asmaq olar ki, bayrağın kantonu yuxarı sol tərəfdə qalsın. Fayl:IFIS Vertical rotated.svg Şaquli asılma üçün çevrilmiş şəkli olan xüsusi bayraq istifadə edilir. Fayl:IFIS Vertical unknown.svg Şaquli asılma tərzi məlum deyil Fayl:IFIS Vertical inapplicable.svg Bayraq simmetrikdir və onu sərbəst şəkildə şaquli asmaq olar Fayl:IFIS Vertical exclusive.svg Bayraq yalnız şaquli asıla bilər
Həmçinin bax Bayraq Heraldika
Xarici keçidlər Veksilloloji simvolların tam siyahısı World Flag Database Dünya ölkələrinin bayraqları Flag Institute (Böyük Britaniya) Deutsche Gesellschaft für Flaggenkunde (Almaniya) Cənubi Afrika Veksillologiya Assosiasiyası (SAVA) Keçmiş sovet respublikalarının bayraqları haqda
Kateqoriya:Bayraqlar Kateqoriya:Heraldika Kateqoriya:Semiotika