270px|right Paj () — orta əsrlərdə Qərbi Avropada qrafın şəxsi qulluğunda olan zadəgan əsilli gənc oğlan. O dövrdə bu cür qulluq ya xidmət adətən cəngavər rütbəsinə aparan ilk xidmət pilləsi sayılırdı. Hər bir əsilzadə 7–10 yaşlı oğlan uşağı ənənəyə görə hər hansı bir qrafın, ya adlı-sanlı cəngavərin yanında qulluğa götürülərək tərbiyə alırdı. Burada o, odlu silahdan istifadə etməyi, at sürməyi, qadınlarla davranmağı, onlara diqqət yetirməyi, bir sözlə, cəngavər ədəb-ərkanını öyrənməklə yanaşı, ağasının qulluğunda dururdu. Ağasını müşayiət etmək onun ümdə vəzifələrindən biri sayılırdı. 14 yaşına çatan gənc paj rütbəsindən silahgəzdirən rütbəsinə qaldırılırdı.
İstinadlar
Kateqoriya:Zadəgan titulları Kateqoriya:Köhnə peşələr Kateqoriya:Cəngavərlər