() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Qafqaz, Rusiya (Dağıstan), Türkiyə və İran ərazilərində təbii olaraq yayılıb.
Azərbaycanda yayılması Talış dağlarının ən yüksək alp çəmənliklərində quru daşlı yamaclarda yayılmışdır.
Statusu Nadir və nəsli kəsilməkdə olan bitki növüdür. CR B1ab (ı,ıı,ııı,ıv,v).
Bitdiyi yer Daşlı, qumlu, gilli yerlərdə rast gəlinir.
Təbii ehtiyatı Təbii ehtiyatı azdır.
Botaniki xarakteristikası Yarpağını tökən 30 sm hündürlükdə xırda koldur. Yarpaqları və budaqları 4 sm qədər uzunluqda qalın tikanlıdır. Tikanlarının ucu şişdir. Yarpaqları yumurtavari lansetşəkilli qısa tüklü kənarları kirpikvaridır. Yarpaqcıqları 4-7 cüt uzunsov xətvari, hər iki ucu iti, üstdən zəif altdan qalın tüklü bəzən çılpaq 6–8 mm uzunluqdadır. Yarpaqların tikanları qoltuğunda 2 çiçəkli uzun sünbülvari çiçsək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvarı, üstdən adətən tüklü, kənarı kirpikvarı təxminən kasacığa bərabərdir. Kasacıq 5 mm uzunluqda, ağ tüklü qaidəsi çılpaq bizvari dişlidir. Tacı təxminən 10 mm uzunluqda ağ zanbaq rənglidir. Dişicik uzunsov tüklü çılpaq sütunludur. Paxlası tüklüdür. İyun-iyul aylarında çiçəkləyir. İyul-avqust aylarında meyvəsi yetişir.
Çoxalması Təbiətdə vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi Azərbaycanda 1952-ci ildən becərilir.
Qəbul edilmiş qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitabı"na daxil edilmişdir.
Zəruri qoruma tədbirləri Qəbul edilmiş hər hansı qoruma tədbiri yoxdur.
Sinonimləri Homotipik sinonimləri
Yarımnövləri
İstinadlar
Həmçinin bax