C130 İran təyyarəsinin vurulması — 17 mart 1994-cü ildə İran HHQ-sinə məxsus içərisində İran diplomatları və onların ailə üzvləri olan C-130 hərbi-nəqliyyat təyyarəsinin erməni ordusu tərəfindənHuman Rights Watch/Helsinki, Christopher Panico, Jemera Rone. Azerbaijan: Seven years of conflict in Nagorno-Karabakh. Human Rights Watch, 1994. ISBN 1564321428, 9781564321428, p. 108 Dağlıq Qarabağ üzərində, Xankəndi şəhərinin yaxınlığında vurulması.

Qəza İçərisində İranın Moskvadakı səfirliyinin əməkdaşları və onların ailə üzvləri olan təyyarə Novruz bayramı münasibətilə Tehrana tərəf yönəlmişdiThe Independent, 19 March 1994. Sad new year. The Independent, 29 March 1994. Armenians 'shot down' plane. Коммерсантъ, № 58 (526) (01.04.1994) Сизифов труд в горах Кавказа — на сей раз коллективный.

Ermənistanın Xarici İşlər nazirinin birinci müavini Jirayr Libaridyan mətbuat konfransında bildirdi ki, təyyarə Rusiya, Gürcüstan və Ermənistan vasitəsilə İrana getməli idi. Ancaq o təxminən 100 km şərqə yönələrək, Gürcüstanın hava sərhədini tərk edib, Azərbaycanın hava sərhədinə aid olan Dağlıq Qarabağa daxil olmuşdur və burada da Ermənistan ordusu tərəfindən məhv edilmişdir.

Moskvadakı İran səfirliyindən bildirildi ki, aviaqəza nəticəsində təyyarədə olan bütün şəxslər — daha dəqiq 9-u uşaq daxil olmaqla 19 sərnişin və 13 ekipaj üzvü həlak olmuşdurLos Angeles Times, March 19, 1994. 32 Die as Iranian Plane Strays, Crashes in Karabakh War Zone . Qəza zamanı həlak olmuş iran vətəndaşlarının qalıqlarları Ermənistana gətirilmiş və İrəvanın Zvartnos Beynəlxalq aeroportundan Tehrana göndərilmişdir. Mərasimdə Ermənistanın vitse-prezidenti Qaqik Artünyan və Ermənistanın baş nazirin müavini Viqen Çiteçyan iştirak etmişdir.

Faciə şəraitinin müəyyənləşdirilməsi üçün İran HHQ-si xüsusi komissiyasını yaratmışdır. Komissiyasının rəhbəri Abdat Aminian faciə ilə bağlı Ermənistanın vitse-prezidenti Qaqik Artünyanın irəli sürdüyü "təyyarə havada idarəetmənı itirərək yerə çırpılıb" versiyasını rədd etmişdir. İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirdi ki, "təyyarə naməlum səbəblərdən istiqamətini dəyişdikdən sonra havada partladılmışdır"ИТАР ТАСС, March 22, 1994. Remains of Iranians killed in Thursday crash sent to Iran.. Aminian bildirdi ki, təyyarə erməni silahlı qruplaşmaları tərəfindən buraxılmış iki raketlə məhv edilmişdir və onu da qeyd etdi ki, erməni tərəfi hadisə ilə bağlı məsuliyyəti öz üzərinə götürməmişdir. O, bildirdi ki, onun qoşunları təyyarəni Azərbaycan üçün qəbul etmişdir və hətta onun nasaz ləvazimatının müəyyənləşdirilməsi üçün ekipajla əlaqə qurmağa çalışmırdı.ИТАР ТАСС, March 31, 1994. Iranian C-130 plane was downed by two missiles.

İran Xarici İşlər Nazirliyinin hadisə ilə bağlı HHQ-nın xüsusi komissiyasının işinin nəticələri haqqında rəsmi bəyanatında bildirilir ki, təyyarənin vurulmasında erməni tərəfi məsuliyyət daşıyır. Bəyanatda qeyd edilirdi ki, "İranın qəza qurbanları üçün kompensasiya almaq hüququ var və erməni rəhbərliyini təyyarənin məhv edilməsi ilə bağlı günahkarların tapılması və cəzalandırmasına çağırırAssociated Press, March 28, 1994. Iran Says Armenian Forces Downed Airplane Killing 32.".

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi İran tərəfinə qəza günündə kəşfiyyat dəstələri tərəfindən qeydə alınmış radiodanışıqları təqdim etmişdir. Bu danışıqların birində belə qeyd edilirdi: "Biz indi Azərbaycan hərbi təyyarəsini vurduqНезависимая газета, March 26, 1994. "We Just Downed Azeri Military Plane. "Azeri Intelligence Holds Stepanakert Radioed Such A Message To Yerevan On Day Of Iranian C-130 Disaster". Azərbaycanın kəşfiyyatı hesab edir ki, təyyarə "Osa" avtomatik tuşlanan raketləri ilə vurulmuşdur. Bəzi Rusiya ekspertləri fərz edir ki, İran təyyarəsi kəşfiyyat missiyası icra edilməsi üçün havaya qalxmışdıThe Christian Science Monitor, March 22, 1994. Wendy Sloane. Crashed Iranian jet may have been spying., ancaq İranın Xarici İşlər Nazirliyi bu fərziyyələri rədd etmişdirИТАР ТАСС, March 22, 1994. Iran rejects its crashed C-130 was spying..

İstinadlar

Kateqoriya:17 martdakı hadisələr Kateqoriya:1994-cü ildəki hadisələr Kateqoriya:1994-cü ildə Azərbaycan Kateqoriya:1994-cü ildə İran Kateqoriya:Erməni millətçilərinin terror aktları Kateqoriya:Xankəndi tarixi Kateqoriya:Azərbaycanda aviasiya hadisələri Kateqoriya:C-130 Hercules ilə bağlı qəzalar və insidentlər Kateqoriya:Beynəlxalq insidentlər