Əsgər Rəhimov () — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2012).
Həyatı Əsgər Rəhimov 27 noyabr 1956-cı ildə Göyçay şəhərində anadan olub.1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram-kino aktyoru fakültəsində ali təhsil almışdır. 1978-1988-ci ilə qədər S.Vurğun adına Rus Dram teatrında, sonradan Bakı Kamera Teatrında aktyor vəzifəsində işləmiş, 2005-ci ildə yenidən S.Vurğun ad. Rus Dram teatrına qayıtmışdır.
Bu illər ərzində teatr səhnəsində bir çox rol oynamışdır. Onun yaratdığı Nikita (A.Arbuzov "Kobud oyunlar"), Oyunçu (R.İbrahimbəyov "Poxoronı v Kalifornii"), Lukin (M.Qorki "Varvarı"), Bayandur (İ.Əfəndiyev "Büllur sarayda"), Ralf (R.Baer "Qarışıq hisslər"), Kazım (N.Rəsulzadə "Nonsens"), Qraf Kent (U.Şekspir "Kral Lir"), Həkim (K.Hiqqins "Qarold və Mod") kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
9 may 2012-ci il tarixdə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Əsgər Rəhimov 21 mart 2017-ci ildə vəfat etmişdir.
Filmoqrafiya Şahid qız (film, 1990) Qız qalası (film, 2000) Sirat körpüsü (film, 2007) Ci-Mi (film, 2008) Qala (film, 2008) Yalançılar (film, 2008) Cavad xan (film, 2009) Vəkil hanı? (film, 2011) Sirr (serial, 2012) Sübhün səfiri (film, 2012) Qanlı Yanvar (film, 2015) Zaman adlı qatar (film)
İstinadlar
Xarici keçidlər "Sənətkarın taleyi"nin uğurlu səhnə həyatı
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları