Klaudio Andres Bravo Munyos (isp. Claudio Andrés Bravo Muñoz; ) — qapıçı kimi oynamış keçmiş Çilili peşəkar futbolçu.
Bravo karyerasına Kolo-Koloda başlayıb və 2006-cı ildə Real Sosyedada transfer edilib. O, Real Sosyedad klubu daxilində 237 rəsmi oyunda iştirak edib. 2014-cü ildə "Barselona" onu 12 milyon avroya transfer etmişdir. 2016-cı ildə isə furbolçu "Mançester Siti"də oynamağa başlayıb və burada bir neçə titul əldə edib. O, 2020-ci ildə Real Betis klubu ilə müqavilə imzalayaraq İspaniyaya qayıdıb. Bravo İngiltərədə oynadığı dörd ildən sonra, 26 avqust 2024-cü ildə 41 yaşında ikən təqaüdə çıxdığını elan edib.
Ümumilikdə 150 oyunda iştirak etmiş Bravo Çili millisinin tarixində Aleksis Sançez və Qari Medeldən sonra ən çox oyun keçirmiş üçüncü oyunçudur. O, ölkəni iki FİFA Dünya Kubokunda, bir FİFA Konfederasiyalar Kubokunda və yeddi Amerika Kubokunda təmsil etmiş, Amerika Kubokunun 2015 və 2016-cı il sezonlarında komandasına kapitanlıq edərək onları qələbəyə daşımışdır.
İstinadlar
Kateqoriya:Çilidə doğulanlar Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:Real Sosyedad FK futbolçuları Kateqoriya:Mançester Siti FK futbolçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Real Betis FK futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2015 Kopa Amerika futbolçuları Kateqoriya:2021 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerikanın qalib futbolçuları Kateqoriya:2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları Kateqoriya:2004 Kopa Amerika futbolçuları Kateqoriya:2011 Kopa Amerika futbolçuları Kateqoriya:Kopa Amerika Sentenario futbolçuları Kateqoriya:Çili milli futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:İspaniyada legioner futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular