Macarıstan Milli Həmkarlar İttifaqı Konfederasiyası () — Macarıstanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Baş qərargahı Budapeştdə yerləşir.

Tarixi 1990-cı ilin martında yaranmışdır.

Tərkibi Konfederasiyanın 465.000 fəal və 250.000 pensiyaçı və tələbə üzvü var. Konfederasiya ətrafında bir neçə sahə həmkarlar ittifaqını birləşdirir.

Fəaliyyəti Əsas prinsipləri demokratiya, həmrəylik, bərabərlik, öz müqəddəratını təyin etmək, azlığın hüquqlarını qorumaq, müxtəlif fikirlərin ifadəsi, dürüst demokratik seçkilərin təmin olunmasıdır.

Konfederasiya siyasi təşkilatlardan asılı deyil. Müəyyən məqamlarda onların siyasətinə qarşı çıxır. Lakin nizamnaməsi onun siyasi qurumlarla əməkdaşlıq etməsinə də qadağa qoymur.

Beynəlxalq əlaqələri Konfederasiya Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Avropa Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Digər beynəlxalq təşkilatların işində fəal iştirak edir.

Mənbə İlahə ZEYNALLI. Macarıstan Həmkarlar İttifaqları. "Ülfət" qəzeti, 20 aprel 2012-ci il.

Xarici keçidlər

Kateqoriya:Macarıstan həmkarlar ittifaqları Kateqoriya:1990-cı ildə yarananlar