Tokarev TT-33 (, ТТ) — SSRİ istehsalı olan yarımavtomatik tapança. Tapançanın adındakı TT abbreviaturası "Tula, Tokarev" mənasındadır.
1920-ci illərin sonunda Qırmızı Ordunun istismarında olan köhnəlmiş Naqan M1895 revolverlərinin əvəzinə yerli istehsal yarımavtomatik tapança ehtiyacını ödəmək üçün başladılan sınaqlar nəticəsində 1930-cu ildə rus silah ustası Fyodor Tokarevin "TT-30" tapançasının istifadəyə qəbul olunması qərara alınmışdır. Tapançanın dizaynı bir az da təkmilləşdirilmiş və 1934-cü ildə "TT-33" adı ilə istehsala buraxılmışdır. Bu tapançalarda istifadə edilmək məqsədilə bundan əvvəl Almaniyadan alınıb istifadə olunan Mauser C96-nın 7,63x25 mm-lik gülləsi əsas götürülərək giliz ölçülərində demək olar ki, dəyişiklik edilmədən, yalnız barıtın təkmilləşdirilməsi nəticəsində 7,62x25 mm ölçülü güllələrin istehsalına başlanmışdır. Bu 2 güllənin ölçüləri o qədər yaxındır ki, bəzi silahlarda bir-birinin yerinə istifadə edilə bilir.
TT-33 116 mm-lik nisbətən uzun lüləsi, 7,62x25 mm-lik gülləsi ilə birlikdə güclü və etibarlı bir silah sayılır. Standart maqazini 8 güllə tutur. Bu tapança Sovet ordusunun İkinci dünya müharibəsi və Koreya müharibəsindəki standart tapançası idi. SSRİ-də 1934–1952-ci illər arasında istehsal olunsa da, bir çox sovet silahı kimi onun da çox sayda xarici modifikasiyası mövcuddur. Bu modifikasiyalar arasında Çin, Yuqoslaviya, Polşa, Şimali Koreya və Macarıstan istehsalı olanlar ən məşhurlarıdır. 1952-ci ildə yeni, 9x18mm-lik Makarov PM tapançalarının istehsalına başlanmışdır.
İstifadəçi ölkələr
İstifadəçilər Azərbaycan Əfqanıstan Albaniya Banqladeş Çin Xalq Respublikası Kamboca Şimali Koreya Macarıstan Misir Monqolustan Moldova Pakistan Polşa Türkiyə Rumıniya Vyetnam
Köhnə istifadəçilər SSRİ Yuqoslaviya
thumb|250px
İstinadlar Modern Firearms
Kateqoriya:SSRİ tapançaları Kateqoriya:1930-cu ildə yarananlar Kateqoriya:SSRİ-nin özünü dolduran tapançaları Kateqoriya:7,62 mm odlu silahlar