Roy Peter Link və ya Roy Peter Marino (; doğ. 9 iyun 1982) — almaniyalı kinoaktyor.

Bioqrafiya Roy Ahaus şəhərində böyüyüb. 20 yaşında o doğma Münsterlandı tərk edərək qazanc dalınca Köln şəhərinə gedir və bir müddət orada maneken, fotomodel və ofisiant olaraq çalışmağa başlayır. Məhz burada o özünün köhnə yaxın dostu Reza Homamla görüşür. Bir aktyor olaraq treninq və təhsil almayan Roy, tezliklə Bravo TV-də yayımlanan serialların birində özünün debüt "Yoxen" rolunda çəkilir. Bunun ardınca o "Marienhof" filmində Ron Ştayger və "Məktəbli qızlar" () teleserialında Qabriel rollarını oynayır. O, həmçinin bir neçə qısametrajlı filmlərdə də çəkilir. 2005-ci ildə o "Bizim aşağımızda" () adlı serialda bir neçə ay ərzində Aleksandr Aşenberq rolunu oynayır. Lakin əsl məşhurluq ona 6 noyabr 2006-cı ildən - 12 iyun 2008-ci ilə kimi davam edən Qırmızı qızılgül serialında oynadığı Hans-Karl „Hakki“ fon Attendorn rolu gətirdi. Qırmızı qızılgül serialın çəkiliş meydançasında o aktrisa Nadin Arentslə tanış olur və 2008-ci ildən onunla sevgi əlaqələrini qoruyub saxlayıractor-roy-peter-link-and-his-girlfriend-nadine-ahrens-news-photo.

25 avqust 2008-ci ildən 3 mart 2019-cu ilə qədər o, Janett Bidermann ilə yanaşı Anna və sevgi teleserialında Yonas Broda rolunu oynamışdı. Həmin ilin payız ayından o Janett ilə yenidən birgə çəkilişlərdə iştirak etmək üçün həmin seriala geri qayıtmağı qərara alır. Hər ikisi serialın 250 yeni epizodunda çəkilmək üçün müqavilə imzalayaraq, üçüncü mövsümdə aparıcı rolları öz üzərinə götürürlər.

Filmoqrafiya 2000: Şüşəli ev (Glasshaus) (qısametrajlı film) 2001: Şulhof (qısametrajlı film) 2003: Bravo TV 2004: Marienhof 2004: Məktəbli qızlar (2-ci mövsüm, 9-cu epizod) 2005: Bizim aşağımızda 2006–2008: Qırmızı qızılgül (375 epizod) 2008–2011: Anna və sevgi (1–3-cü mövsümlər, 461 epizod + 5 xüsusi) 2010: İnqa Lindström – Qəlb şahzadəsi 2011: Danni Lovinski (2-ci mövsüm, Yanlış seçim epizodu) 2012: Yuxu mehmanxanası – Vyetnam 2012: Təkbaşına hərəkət - Quzğun anı 2012–2015: Bütün dostluq şəraitində 2013: Gənc, sehrli və ölümcül qanlı bacılar 2013: Təkbaşına hərəkət – Şübhə elementi 2013: Xoşbəxtliyə aparan səyahət və ya Provansdakı bal ayı

İstinadlar

Xarici keçidlər Roy Peter Link – Offizielle Internetseite Roy Peter Link – Agentur Gratis-Duschen waren seine erste Gage – Porträt in: Berliner Zeitung vom 26. Juni 2012

Kateqoriya:Almaniya aktyorları Kateqoriya:Almaniyada doğulanlar