() — aləminin dəstəsinin fəsiləsinin cinsinin növünə aid bitki növü.

Arealı Yunanıstanda, Krit adasında, Krımda, Türkiyədə və keçmiş Yuqoslaviya ərazisində yayılmışdır.

Botaniki xarakteristikası Təbiətdə hündürlüyü 30 m, diametri 60 sm-ə çatan uzunömürlü ağacdır. Qumral palıdı gürcü palıdından fərqləndirən əsas əlamətlərdən başlıcası onun yarpaqlarının alt tərəfində damarların ol-masıdır. Gürcü palıdının yarpaqları isə çılpaq olur. Qumral palıdın yar-paqlarında yan damarlar 5-7 ədəd, gürcü palıdında isə yan damarları bir qədər artıq olur. Qumral palıdın yarpaqları nazik, uzunsov və ensiz, tərs ovalvarı olduğu halda, gürcü palıdının yarpaqları isə tərs oval və ya uzunsov oval, üstdən parıldayan tünd-yaşıl rəngli olmaqla möhkəm dərivarıdır.

Bitkinin zoğları boz sıx keçə tüklüdür və sonralar tədricən çıl¬paq-laşır. Yarpaqların uzunluğu 3-8 sm, eni 2-5 sm olub, ovalvarı uzunsovdur. Üst tərəfdən tünd-yaşıl, sıx, xırda keçəvarı tüklərlə, alt tərəfdən açıq-yaşıl, sıx, boz, uzun keçəvarı tüklərlə örtülmüşdür. Yarpaqların qaidəsi ürəkvarı və ya zəif pazvarıdır. Yarpağın uc hissəsində yerləşən dilimlər iti, yandakılar isə uzunsov, yuxarıya tərəf sıxılmış iti, bəzən küt, çox hallarda 1-2 dişli dalğavarı burulmuşdur.

Dilimlər arasındakı yarıqlar yarpaq ayasının yarısına qədər və ya bir qədər dərindir. Yarpaqların saplağı 0,5-1 sm uzunluqdadır, çanaqcığı ya-rımşar formalı olub, səthi boz keçə tükcüklüdür. Qozalar oturan olub, 3 sm uzunluqdadır. Çanaqcıqlar yarımşar formalı boz keçə tüklüdür. Pulcuqlar zəif, şişkin, tüklü olub, uzun sıx uclara malikdir. Mart-aprel ayında çiçəkləyir, oktyabr ayında toxumları yetişir.

Azərbaycanda yayılması Şərqi Böyük Qafqazda – Quba, Qusar, Şabran, İsmayıllı, Qəbələ, Goranboy, Xankəndi, Lənkəran, Lerik rayonlarının meşələrində dəniz səviyyəsindən 500–1000 m yüksəklikdə yayılmışdır.

Statusu Azərbaycanın nadir bitkisidir.DD.

Bitdiyi yer Orta dağ qurşağında meşələrdə rast gəlinir.

Təbii ehtiyatı Təbii arealı çox geniş deyildir.

Çoxalması Təbiətdə toxum vasitəsilə çoxalır.

Təbii ehtiyatının dəyişilməsi səbəbləri Başlıca olaraq insan fəaliyyəti və bəzi abiotik amillərin təsiridir.

Becərilməsi Botanika bağlarında mədəni halda becərilir.

Qəbul edilmiş qoruma tədbirləri Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qoruma tədbirləri Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi tövsiyə olunur.

Еkоlоgiyаsı İşıqsеvən mеzоfitdir.

İstifаdəsi Oduncаğı аğır, möhkəm, еlаstikdir. Döşəmə, qаpı, çərçivə, təkər, fаnеr, mеbеl, gəmi düzəldilməsində, körpü, yаşаyış binаlаrının tikintisində, intеryеrlərin bəzədilməsində istifаdə еdilir. Mеbеl istеhsаlındа çоx illər suyun аltındа qаlmış və qаrаlmış pаlıd gövdələri xüsusilə qiymətlidir. Bu mаtеriаlа su, tоrpаq, аtmоsfеr yаğıntılаrı, tеmpеrаtur dəyişkənliyi mənfi təsir göstərmir.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax