Bakı kommersiya məktəbi — XX əsrin əvvəllərində Bakıda fəaliyyət göstərmiş təhsil müəssisəsi. Məktəbi yaratmaqda məqsəd müəyyən ixtisaslarda çatışmayan mütəxəssisləri hazırlamaq olub. 300px|thumb|1901-ci ildə tikilmiş Bakı kommersiya məktəbin binası

Tarixi 1901-ci ildə Bakıda Ticarət və Sənaye Nazirliyi tabeliyindəHüseyn Əhmədov. Azərbaycan məktəb və pedaqoji fikir tarixi. Bakı: Elm və təhsil, 2014. — səh. 259. fəaliyyətə başlamışdır.Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900–1920-ci illər). Bakı. "Elm". 2008. səh. 172. O, yerli sahibkarların səyi və maliyyə dəstəyi sayəsində açılmışdı. Onlardan təkcə 1906-cı ilə qədər bu məktəbin ilk fəxri qəyyumu olmuş Hacı Zeynalabdin Tağıyev 50000 manat ayırmışdı."Каспий", 1901, № 225.Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900–1920-ci illər). Bakı. "Elm". 2008. səh. 172–173. Digər xeyriyyəçilər sırasında Şəmsi Əsədullayev, F. Vəzirov, A. Mantaşov, Nobel qardaşları da var idilər.Azərbaycan tarixi. Yeddi cilddə. V cild (1900–1920-ci illər). Bakı. "Elm". 2008. səh. 173. Müqəddəs Bakirə Məryəmin kosteli ilə üzbəüz yerləşirdi.

Məqsədi Məktəb müəyyən peşələr üzrə çatışmayan mütəxəssislərin hazırlaması nəzərdə tutulmuşdu.

Təhsil kursu Burada təhsil kursu 8 sinifdən ibarət idi ki, onlardan son ikisi ixtisas kursu hesab olunurdu. Hazırlıq sinifləri rus dilini bilməyənlər üçün idi. Xüsusi fənlərdən ən çox diqqət kommersiya haqqı hesabına, mühasibata, əmtəəşünaslığa, siyasi iqtisada verilirdi. Xarici dillərdən fərqli olaraq, azərbaycanlıların ana dili musiqi fənni kimi mütləq fənn hesab olunmurdu.

Tədris proqramı Tədris proqramında ölkənin xüsusiyyətləri, Qafqazın coğrafiyası, tarixi və mədəniyyəti nəzərə alınmırdı.

Məktəbin qəyyumluq şurasına daxil olmuş Əlimərdan bəy Topçubaşov təhsil alan kontingentin milli və dini xüsusiyyətlərini nəzərə almağın zəruriliyi məsələsini irəli sürürdü. Rusiyanın Şərqlə ticarət əlaqələrinin genişlənəcəyini nəzərə alan Əlimərdan bəy Topçubaşov məktəbdə təhsil alanlara Şərq dillərini, həmçinin Qafqaz ölkələri ilə qonşu ölkələrin iqtisadi coğrafiyasını öyrənməyi lazım bilirdi.

Doğma dilin tədrisinə etinasızlıq nəticəsində onun qeyri-icbari fənn olması Ə. Ağayevin də etirazına səbəb olurdu."Каспий", 1901, № 175.

Müəllimləri Məktəb Rusiya ali məktəblərini bitirmiş ixtisaslı müəllimlərlə komplektləşdirilmişdi.

Ştatdankənar işə götürülmüş Ə. Ağayev 1901–1909-cu illərdə və Nəriman Nərimanov 1906-cı ildə burada Azərbaycan dili və şəriət dərslərini aparırmışdılar.Памятная книжка Бакинского коммерческого училищa 1ЛХ-1904–1ЛХ-1909 гг. Баку, 1910, стр. 57, 61, 63.

Məzunları 1915-ci ilədək məktəbi 191 mütəxəssis bitirmişdi. 1909-cu ildəki ilk məzunlardan Əbdülqasım Cəfərov və İskəndər Hacıyev təhsilini davam etdirmək hüququndan istifadə edərək, sonralar Rusiyada ali iqtisadi təhsil ala bilmişdilər.Памятная книжка Бакинского коммерческого училищa 1ЛХ-1904–1ЛХ-1909 гг. Баку, 1910, стр. 96.

Şəkilləri

İstinadlar

Həmçinin bax Bakı Texniki Peşə Məktəbinin binası

Kateqoriya:Bakı məktəbləri Kateqoriya:"Qasımov qardaşları və K" şirkəti tərəfindən tikilmiş binalar Kateqoriya:1901-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:1919-cu ildə ləğv olunanlar