Merton Miller () (16 may 1923 - 3 iyun 2000) — amerikalı iqtisadçı. 1990-cı ildə Harri Markovits və Vilyam Şarpla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Həyatı Merton Miller Boston şəhərində vəkil Col Miller və evdar xanım Silviya Millerin övladı olaraq anadan olub.Merton H. Miller The Notable Names Database, 2008. İkinci Dünya müharibəsi dövründə Xəzinə Nazirliyinin vergi tədqiqatları bölməsində iqtisadçı olaraq işlədi və 1952-ci ildə Con Hopkins Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəldi. Doktorluq dərəcəsinə yüksəldikdən sonra ilk akademik vəzifəsini London İqtisadiyyat məktəbində köməkçi qonaq olaraq yerinə yetirdi.

Karyerası Merton Miller 1958-ci ildə Karnegi Texnologiya İnstitutunda (indiki Karnegi Mellon Universiteti) həmkarı Franko Modilyani ilə birgə "Kapital xərcləri, Təşkilati maliyyə və İnvestisiya nəzəriyyəsi" () adlı bir məqalə yazmışdı. Bu məqalədə ənənəvi təşkilati maliyyə düşüncəsinə son nəticədə qarşı çıxırlar, ənənəvi yanaşmaya görə bir qurum düzgün borc/kapital nisbətini taparaq kapital xərclərini azalda bilər. Miller-Modilyani teoreminə görə isə düzgün nisbət yoxdur, beləliklə qurum idarəçiləri vergi borcunu azaldaraq, qurumun dəqiq kapitalını maksimallaşdırmağa çalışmalıdırlar. Bunlar olarsa borc nisbəti azalacaqdır.

Miller 8 kitabın müəllifidir. 1975-ci ildə Ekonometrika Cəmiyyətinə üzv olmuş və 1976-cı ildə isə Amerikan Maliyyə Birliyinin sədri olmuşdur. 1961-ci ildən 1993-cü ildəki təqaüdə çıxdığı dövrə qədər Çikaqo Universiteti Müəssisə Fakültəsində () işləmişdi. O, həm də təqaüdə çıxandan sonra da uzun müddət burada dərk keçməyə davam etmişdi.

Şəxsi həyatı Merton Miller ilk həyat yoldaşı ölən Elenor Millerlə üç övlad sahibi olmuşdu: Pamela (1952), Merqot (1955) və Lusi (1958). Həyat yoldaşı vəfat etdikdən sonra isə Katerina Millerlə evlənmişdi.Louis Uchitelle (2000). "Merton H. Miller, 77, Dies; Economist Who Won Nobel," New York Times, June 5

Əsərləri 1972 - Merton Miller, Fema və F.Eucin. Maliyyə nəzəriyyəsi. Nyu York: Holt, Raynhart & Vinston. ISBN 0-03-086732-0. (İngiliscə). 1980 - Merton Mİller, R.H.Koas, Kessel və A.Reben. Tətbiqi qiymət nəzəriyyəsi üzrə esselər. Çikaqo: Çikaqo Universitetinin nəşriyyatı. ISBN 0-226-43200-9. (İngiliscə). 1986 - Merton Miller və Çarlz Upton. Makroiqtisadiyyat: Neoklassik giriş. Çikaqo: Çikaqo Universitetinin nəşriyyatı. ISBN 0-226-52623-2. (İngiliscə). 1991 - Merton Miller. Merton Millerin davamçıları. Nyu York: Con Uiley & Sons. ISBN 0-471-18340-7. (İngiliscə). 1991 - Merton Miller. Maliyyə innovasiyaları və bazar dəyişkənliyi. Kembric, MA: Blekvil nəşriyyat. SBN 1-55786-252-4. (İngiliscə).

Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı

Xarici keçidlər Merton Miller haqqında Nobel mükafatı e-muzeyində məlumat Merton Miller haqqında faktlar Merton Millerin İqtisadiyyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı

İstinadlar

Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Cons Hopkins Universitetinin məzunları Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Karnegi Mellon Universitetinin müəllimləri Kateqoriya:London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin müəllimləri Kateqoriya:ABŞ biznes nəzəriyyəçiləri