Şahbazova Esmiralda Məmmədəli qızı — azərbaycanlı aktrisa.
Həyatı Orta məktəbi bitirdikdən sonra Bakı Mədəni-Maarif Texnikumunda təhsil alıb. 1985-ci ildə təyinatla M.Davudova adına Mingəçevir Dövlət Dram Teatrına göndərilib: bu teatrda çalışdığı 5 il ərzində onlarla tamaşada çıxış edib. 1990-1992-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında fəaliyyətini davam etdirmişdir. 1992-ci ildən Bakı Bələdiyyə Teatrında çalışır.
"Dronqo" serialında mehmanxana inzibatçısı rolunu oynamışdır.
Aktrisa Yağmur Şahbazovanın anasıdır.
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti — 2002 Prezident mükafatı — 9 may 2024, 8 may 2025
Əsas rolları Adamın adamı (Anar) — Nazlı-qəmzəli Ovod (E.L.Voyniç) — Cemma Mumu (İ.Turgenyev) — xanım
Mingəçevir Dövlət Dram Teatrı Vaqif (S.Vurğun) — Gülnar Nabat xalanın çörəyi (N.Həsənzadə) — Fərəh
Bakı Bələdiyyə Teatrı Tomris (Altunbay) — Qövhərşah; rəqqasə qız Vətənə igidlər gərəkdir (R.İçərişəhərli) — Əsmər Nadir şah (N.Nərimanov) — Gülcahan Dəli Domrul (A.Məmmədov) — Banı İnsan və iblis (Ə.Pəhləvan) — Dilbər Dönüş (C.Cabbarlı) — Xurşud İblis (H.Cavid) — Xavər Xəyanətin müsibəti (İ.Kərimov) — Cuda Damokl qılıncı (N.Hikmət) — arxitektorun arvadı Elektra (Sofokl) — qız Türk sancağı (A.Qurbani) — ana Məhsəti (N.Rəfibəyli) — Məhsəti
Filmoqrafiya Salur Qazanın evi talandığı boy (film, 2001) Yoxlama (film, 2006) Tək olanda qorxma... (teleserial, 2013)
İstinadlar
Xarici keçidlər “Qanlı qızıl toy” tamaşasının premyerası
Kateqoriya:Azərbaycan aktrisaları