Fərman Şəkili () — Azərbaycan aktyoru, rejissor, ssenari müəllifi.
Həyatı Fərman Abdulcabbar oğlu Abdullayev (Şəkili) 4 noyabr 1954-cü ildə Şəkidə anadan olub. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanişvilinin aktyorluq kursunda təhsil alıb. 1975-ci ildən peşəkar səhnədədir. Şəki Dövlət Teatrında çalışıb. Quruluş verdiyi tamaşalar beynəlxalq festivallarda mükafatlara layiq görülüb. "Dahi" adlı pantomim pyesin müəllifidir. Azərbaycanda klounada sənətinin yaradıcısı olmuşdur.
Azərbaycanın tanınmış aktyoru Fərman Abdullayev (Şəkili) uzun sürən ağır xəstəlikdən 5 mart 2013-cü ildə 58 yaşında vəfat etmişdir..
Filmoqrafiya Aşkarsızlıq şəraitində… (film, 1986) Boş yer (film, 1989) Zirzəmi (film, 1990) "Fransız" (film, 1995) Həm ziyarət, həm ticarət... (film, 1995) Yarımştat (film, 1996) Min birinci söz (film, 1997) Otel otağı (film, 1998) Sarı gəlin (film, 1998) Mişovul ovu (film, 2001) Bir anın həqiqəti (film, 2003) Yalan (film, 2005) Günaydın, mələyim! (film, 2008) Komediya səhnəsi (veriliş, 2009) İstanbul reysi (film, 2010)
İstinadlar
Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Ssenaristlər Kateqoriya:XXI əsr Azərbaycan aktyorları