Ballata (, ballere sözündən əmələ gəlir, tərcümədə "rəqs etmək" deməkdi) — XIII–XV əsrlərdə yaranan İtaliyada poeziya və musiqi forması,Ars Nova dövrünə aid olan lirik məzmunlu səciyyəvi janrlarından biri.

XIII əsrdə və XIV əsrin birinci yarısında təksəsli, amma XIV əsrin ikinci yarısında isə (italyan Ars Nova dövründə) çoxsəsli rəqsli mahnıya çönür. Ən mühüm ballata musiqi nümunələrini italiyalı bəstəkar Françesko Landini yaradıb. Digər müəlliflər isə Landininin davamçıları sayılır:Nikkolo Perudjiyskiy, Bartolino Paduanskiy, Andrea Florentinskiy.

Poeziya forması:ripresa (nəqərat)+stanza (oxumağın başlığı)+ripresanın təkrarı. Stanza isə öz növbəsində iki piedaya (duru) və volta (dönüş) bölünür. Ripresanın və voltun qurum uzunluğu eynidi, piedin qurumu isə ayrıdı. Ripresada və voltda şeir sayı birdən dördə qədər ola bilər (çox vaxt 3 dənə olur), piedalarda yalnız 2 dənə ola bilər. Bir sətirli ripresiya müasir mənbələrdə ballata minima adlanır, iki sətirli-ballata minore, üç sətirli-ballata mezzana, dörd sətirli isə ballata grande. Həm də bir neçə stanzalı ballatalarda olur, onların çox vaxt sxemi bundan ibarətdir:ripresa+birinci stanza+ripresa+ikinci stanza+ripresa.

Musiqi forması:iki hissədən ibarətdir, və bir qayda kimi olaraq, ikinci hissədə musiqi sonluğlar birləşir (birləşməssiz çox az vaxt olur), və açığ və bağlı kandensiyalar itifadə olunur bu formada.

Məsələn,3 səsli Non avrà ma' pietà adlı olan ballatanın musiqili və mətinli forması belədi: ripresa birinci pieda ikinci pieda volt ripresa (təkrarən) mətn a11b7b11 c11d11 c11d11 a11b7b11 a11b7b11 musiqi A B1 B2 A A

Cədvəllə aid qeydlər:Kiçik latın həriflər qafiyəni göstərir, onların yanında olan eynən rəqəmlər isə şeirdə heca miqdarını göstərir. Latın baş hərfləri isə musiqi bölmələrini qeyd edir. B1 və B2 başında olan sətirüstü rəqəmlər musiqi "polustorofların" ayrı sonluğuna işarə edir.

Əgər ballatada bir neçe "metastrof" (stanza+ripresa), o zaman bütün musiqinin və mətnin qurumunun bütün ardıcılığı (uzunluğu və qafiyələnməsi) növbəti "metastroflarda" təkrarlarnır.

XV əsrdə ballata musiqidə istifadədən çıxır, amma hələ də şairanəlikdə geniş yayılır. Uzun müddətdən sonra yaddan çıxan bədii ballata, yalnız XIX əsirdə D`Annuntsio və Cozue Karduççi əsərlərində canlanır.

Ədəbiyyatda Suchla B. R. Studien zur Provenienz der Trecento-Ballata. Göttingen, 1976 Baumann D. Die dreistimmige italienische Lied-Satztechnik im Trecento. Baden-Baden, 1979 Gallo F. A. Ballata (Trecento) // Handwörterbuch der musikalischen Terminologie (1980)

Kateqoriya:Vokal musiqi Kateqoriya:Musiqi janrları Kateqoriya:XIII əsr musiqi janrları Kateqoriya:XIV əsr musiqi janrları Kateqoriya:XV əsr musiqi janrları Kateqoriya:Orta əsrlər musiqisi Kateqoriya:Orta əsrlər musiqi janrları