Qərb cəbhəsində yenilik yoxdur () — Erix Mariya Remark tərəfindən 1929-cu ildə yazılmış roman.
2022-ci ildə bu roman əsasında eyniadlı film çəkilmişdir.
Haqqında Burada Birinci Dünya müharibəsi tarixindən, gənc əsgərin düşüncələrindən bəhs olunur. 19 yaşlı Paul Boymer özü də bilmədən məktəbdən birbaşa cəbhəyə gəlir. O, cəbhədə gözlədiyi müharibə həyəcanı və macəraları əvəzinə qırğının amansızlığını və dostlarının dəhşətli ağrılarının şahidi olur.
İllər boyudur müxtəlif satış rekordları vuran bu kitabda Remark Birinci Dünya müharibəsinin dəhşətlərini canlı və hər kəs üçün anlaşıqlı dillə təsvir edib.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Erix Mariya Remarkın əsərləri Kateqoriya:1929-cu ilin əsərləri