Nazim Zöhrab oğlu Bəykişiyev () — Azərbaycan Respublikasının xalq rəssamı (2006), teatr və kino rəssamı.
Həyatı
Nazim Bəykişiyev Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinin rəngkarlıq fakültəsini bitirdikdən sonra Bakı Dövlət Şəkil Qalereyasında işləmişdir.
1970-1975-ci illərdə Moskvada Dövlət Teatr Sənəti İnstitutunun teatr rəssamı fakültəsinə daxil olaraq SSRİ xalq artisti Sergey Obraztsovun sinifində təhsil almışdır. Həmin təhsil ocağını bitirdikdən sonra Orconikidze şəhərinin Kukla Teatrında və Rus Dram Teatrında quruluşçu rəssam vəzifəsində işləmişdir. Sonralar H.Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında, Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, Azərbaycan Dövlət Gənclər Teatrında quruluşçu rəssam və baş rəssam vəzifələrində çalışmışdır.
2001-ci ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rəssamıdır. Burada o, Hüseyn Cavidin "İblis" və "Afət", R.Əlizadənin "Günah", Mirzə Fətəli Axundovun "Lənkəran xanının vəziri", Vaqif Səmədoğlunun "Yayda qartopu oyunu", Vilyam Şekspirin "Hamlet", Elçinin "Qatil", O.İoselianinin "Kaş araba aşmayaydı" kimi səhnə əsərlərinə bədii tərtibat vermişdir.
8 sentyabr 2025-ci ildə 77 yaşında ağciyər xərçəngindən vəfat etmişdir.
Mükafatları Azərbaycan SSR dövlət mükafatı — 1984 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 30 may 2002 "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 29 dekabr 2006
İstinadlar
Filmoqrafiya Günaydın, mələyim! (film, 2008)
Kateqoriya:Azərbaycan teatr rəssamları Kateqoriya:Film rəssamları Kateqoriya:Azərbaycanlı rəssamlar Kateqoriya:Keşlə qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Rusiya Teatr Sənəti Universitetinin məzunları Kateqoriya:Ağciyər xərçəngindən ölənlər Kateqoriya:XX əsr Azərbaycan rəssamları Kateqoriya:XXI əsr Azərbaycan rəssamları