Mədinə Vaqif qızı Əliyeva () — xoreoqraf, baletmeyster, Azərbaycan Respublikasının xalq artisti (2002), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2008), "Qızıl Dərviş" və "Zirvə" mükafatı laureatı.
Həyatı Mədinə Vaqif qızı Əliyeva 4 may 1965-ci ildə Bakıda anadan olmuşdur. 1983-cü ildə Bakı Xoreoqrafiya Məktəbini bitirmiş, 1985-1986-cı illərdə Moskva Xoreoqrafiya Məktəbində təcrübə keçmişdir.
Mədinə Əliyeva 1983-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, aparıcı balerinası və balet truppasının rəhbəri olmuşdur.
Fəaliyyəti 1999-cu ildə Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletində Gülyanaq obrazını ifa etmişdir.
2012-ci ildə Bakıda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulan Motsartın "Hamı belə edir" operasında rəqslərə quruluş vermişdir.
2014-cü ildə Belarusun paytaxtı Minsk şəhərində səhnəyə qoyulmuş Fikrət Əmirovun "Min bir gecə" baletinin quruluşçu-baletmeysteri olmuşdur.
İstinadlar
Ədəbiyyat "Belarus səhnəsində əsrarəngiz "Min bir gecə"", Mədəniyyət. — 2014. — 19 fevral. — Səh. 8.
Kateqoriya:Azərbaycan xoreoqrafları Kateqoriya:Azərbaycan balet artistləri Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı şəxsləri Kateqoriya:"Qızıl Dərviş" mükafatı laureatları Kateqoriya:Azərbaycan baletmeysterləri Kateqoriya:Azərbaycan balerinaları