İşıqlı Qaragöl, bəzən Qaragöl kimi qeyd olunur — Azərbaycanın Laçın rayonu ilə Ermənistanın Gorus rayonu sərhəddində yerləşir.

Topoqrafiya Göl dəniz səviyyəsindən 2.666 metr yüksəklikdə yerləşir və 1,92 km2 əraziyə malikdir. Gölün uzunluğu 1,6 km, eni 1,2 km, diametri 1,5 km, sahil xəttinin uzunluğu 5 km, suyun həcmi təqribən 9 milyon m3, maksimal dərinliyi 7,5 mertdir. Gölün suyu soyuq və təmizdir. Göldə İşxan qızılbalığının növləri yaşayır.

Gölün ətrafındakı ərazi subalp çəmənliklərinə xas olan bitki örtüyü ilə örtülmüşdür. Gölün yaxınlığında 102 növ bitki qeydə alınmışdır. Hazırda İşıqlı Qaragöl və onun ətraf əraziləri xüsusi mühafizə olunan təbiət ərazisi – yasaqlıqdır.

2021-ci il Azərbaycan-Ermənistan sərhəddindəki gərginlik 2021-ci il mayın 12-dən başlayaraq, Azərbaycanla Ermənistan arasında Qaragöl ətrafında gərginlik yaşanır. Ermənistan tərəfi Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan tərəfi isə bunun yalan olduğunu, hələ Sovet hakimiyyəti illərindən mövcud olan xəritələr əsasında dövlət sərhədini möhkəmləndirdiyini qeyd edib.

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələri Ermənistan sərhədini keçərək Sünik rayonundakı Qaragöl ərazisi boyunca 3.5 kilometr irəliləyib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib ki, "Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir".

İstinadlar

Həmçinin bax Qaragöl (Laçın) Qaragöl Dövlət Təbiət Qoruğu

Kateqoriya:Azərbaycan gölləri Kateqoriya:Laçın rayonunun gölləri Kateqoriya:Ermənistan gölləri Kateqoriya:Dağ gölləri Kateqoriya:Sərhəd gölləri