İsmayıl Babaş oğlu Kazımov () — dilçi-alim, filologiya elmləri doktoru, professor.
Həyatı
İsmayıl Babaş oğlu Kazımov 1955-ci il oktyabrın 1-də Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuşdur. 1976-cı ildə APİ-nin filologiya fakültəsini bitirmişdir. 1989-cu ildən AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010-cu ildən institutun türk dilləri şöbəsinin baş elmi işçisidir.
1987-ci ildə «Oğuz qrupu türk dillərində yarımçıq cümlə» mövzusunda namizədlik, 2002-ci ildə «Axısqa türklərinin dili» mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.http://www.axiska.narod.ru/IsmayilK.htm . 100-dən çox elmi-publisistik məqalənin və aşağıdakı kitab və monoqrafiya və proqramların müəllifidir.
Əsərləri
1. Oğuz qrupu türk dillərində yarımçıq cümlə. Bakı, 1987, 154 s. 2. Soltanlı: bir kəndin yetirmələri. Bakı, 1998, 154 s. (prof. Q.Kazımovla) 3. Axısqa türklərinin dili. Bakı, «Elm», 1999, 276 s.ttp://turuz.com/post/axisqa-turklerin-dili-ismayil-kazimov.aspx 4. Axısqa toponimləri. Bakı, «Nurlan» nəşriyyatı, 2001, 48 s. 5. Axısqa folkloru. Dədə Qorqud. 2002\4, s. 133-168. 6. Axısqa folkloru. Dədə Qorqud. 2003\1, s. 157-175. 7. Türk dilləri şöbəsi-30. Bakı, 2003 (kollektiv). 8. Müstəqillik qazanmı türk xalqlarının dilində alınma leksika.\\ Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I cild, Bakı, BSU, «Kitab aləmi», 2004, s.294-319. 9. Cəbrayıl və cəbrayıllılar. Bakı, «Nurlan», 2006, 654 s. 10. Karluq qrupu türk dillərinin terminoloji leksikası.\\Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. II cild, Bakı, «Nurlan», 2008, s.6-59 11. Müasir türk dillərinin müqayisəli fonetikası. I cild, Bakı, «Elm və təhsil», 2011, 196 s. 12. Müasir türk dillərinin müqayisəli leksikası. II cild, Bakı, «Təknur» nəşriyyatı, 2010, 400 s. 13. A.Rəhimovun bədii nəsrinin dil və üslub özəlliyi. Bakı, «Bakı Qızlar Universiteti» nəşriyyatı, 2011, 265 s. 14. Yazıçı karyerası: Dilin və sənətin işığında. Bakı, «Bakı Qızlar Universiteti» nəşriyyatı, 2013, 350 s. 15. Axısqa türkləri: dil, tarix və folklor. Bakı, «Elm və təhsil». 2012, 492 s. 16. Nizami Cəfərov və Azərbaycan türkçülük düşüncəsi. Bakı, «AzAtaM», 2010, 48 s. 17. Azərbaycan dilçiliyi müntəxəbatı. III cild, Bakı, 2013, 567 s. (Tərtibçi, izah və şərhlərin müəllifi). 18. Mahmud Kaşğari «Divan»ı və çağdaş türk dilləri. Bakı, «Elm və təhsil», 2014, 224 s. 19. Azərbaycan dilinin funksional qrammatikası: Söyləm. Bakı, 2014, 640 s. (kollektiv). 20. SSRİ Dövlət Mükafatı Laureatı Mirbabayev Miryusif Mirabbas oglu. Baku, "Türkologiya", 2015, №3, s.43-48.
Proqramlar 1. Türk dillərinin leksikologiyası proqramı ( Magistratura pilləsi üçün). BDU, Bakı, 2003, 8 s. 2. “Azərbaycan dili fonetikasının əsasları” fənnindən proqram. HSM 040001-Azərbaycan dili. Bakı, 2009 (Magistr hazırlığı üçün), 10 s. 3. Türk dilçiliyinin nəzəri qrammatikası. \\Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dil üzrə magistr pilləsi. Azərbaycan və rus bölmələri üçün fənn proqramları. Bakı, 2008, s. 9-13. 4. Türk dillərinin müqayisəli qrammatikası. \\Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dil üzrə magistr pilləsi. Azərbaycan və rus bölmələri üçün fənn proqramları. Bakı, 2008, s. 14-18. 5. Türk dilçiliyinin müasir problemləri. \\Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dil üzrə magistr pilləsi. Azərbaycan və rus bölmələri üçün fənn proqramları. Bakı, 2008, s. 22-26. 6. Türk dilinin leksikologiyası. \\Şərqşünaslıq fakültəsi Türk filologiyası kafedrasının dil üzrə magistr pilləsi. Azərbaycan və rus bölmələri üçün fənn proqramları. Bakı, 2008, s. 27-30.
İstinadlar
Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Filologiya elmləri doktorları Kateqoriya:Professorlar