Çəhrayı göllər - Dünyada rəngi çəhrayıya çalan göllərdir. Dünyada bir çox çəhrayı rəngli göl bilinməkdədir. Hillier gölü|thumbnail|right Siyahı №Adı ÖlkəBölgəHaqqında 1. Hillier gölü Qərbi Avstraliya Bu göl parlaq gül çəhrayısı rəngi səbəbiylə ən şöhrətli çəhrayı göllərdən biridir. Üstəlik rəngi qalıcıdır. 2. Retba gölü Dakar şəhərinin şimal-şərqi Retba Gölü çəhrayı rəngini Dunaliella yosunudan alır. 40%-ə çatan duz nisbəti sayəsində göldə batmaq mümkün deyil. 3. Salina da Torreviya gölü İspaniyanın cənub-şərqi Gölün yaratdığı mikroiqlimi sayəsində bölgə Avropanın ən sağlam həyat sahəsi seçilmişdir. Üstəlik göldən əldə edilən duz da çox keyfiyyətlidir. 4. Hutt gölü Qərbi Avstraliya Bu gölün rəngi içindəki yosunlara görə qırmızıya da çevrilir. 5. Dasti Rouz gölü Kanadanın şimal-qərbi Dasti Rouz gölünə rəngi nə duz, nə də yosunlar verir. Onun gül çəhrayısı rənginin səbəbi dağları, buzlaqları aşaraq gələn axar sulardır. Bu axar sular çəhrayı rənglərini bölgəyə xas qayalardan alırlar. 6. Pink gölü Qərbi Avstraliya Bu gölə rəngini yalnız yosunlar vermir. Çəhrayı rəngli Brin krevetləri də böyük rol oynayır. 7. Masazır gölü Bakı yaxınlığı Bu çəhrayı göl yüksək nisbətdə duz ehtiyatlarına sahib olduğu üçün bölgədə duz fabrikləri qurulmuşdur. 8. Quairadinq gölü Avstraliyanın cənub-şərqi Ortasından yol keçən bu gölün xüsusiyyəti ilin müəyyən vaxtlarında yarısının tünd qırmızıya dönməsidir. 9. Duz gölü Bozcaada Rəngi ​​bəzən qırmızıya da çalan gölün ətrafı antik sütunlar və qalıqlarla doludur.

İstinadlar

kayzen.az

Kateqoriya:Növlərinə görə göllər