Sanqay Milli Parkı — Ekvador Respublikasında yerləşən milli park. Dünya irsi siyahısına daxil olmuşdur.

Haqqında Sanqay Milli Parkında 2 aktiv vulkan (Tunquraxua və Sanqay vulkanları), yağış meşələri, buzlaqlar və digər dəyişiklik göstərən ekosistemlər yerləşir. Bu milli park nəsli tükənməkdə olan eynəkli ayı və yalnız And dağlarının şimalında yaşayan dağ tapirinə ev sahibliyi edir. Milli park Ekvadorun Morona Santyaqo, Çimbrazo və Tunquraxua əyalətlərində yerləşir. 1992-ci ildə buradakı qaçaq ovçuluq, təbiətə zərər verən quru yolları, parkda aparılan fəaliyyətlər nəticəsində Təhlükə İçindəki Dünya İrsləri siyahısına alınmışdır. 2005-ci ildə təkrar ana siyahıya keçmişdir.

İstinadlar

Kateqoriya:Ekvador milli parkları Kateqoriya:1979-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Ekvadordakı ümumdünya irsi Kateqoriya:Kateqoriya BTMİ II