Kiyev Milli İnşaat və Memarlıq Universiteti () və ya qısaca: KNUBA () — Ukraynanın memarlıq və inşaat sahəsində mütəxəssislər hazırlayan ən böyük aparıcı ali təhsil müəssisələrindən biri.

Tarixi 1930-cu ildə yaradılmışdır.

Fakültələri Universitetdə 6 fakültə fəaliyyət göstərir.

Memarlıq fakültəsi Fakültədə "Binaların və abidələrin memar edilməsi", "Şəhərsalma", "Ətraf mühitin memarlıq dizaynı" və "Təsviri və dekorativ incəsənət" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

İnşaat fakültəsi Fakültədə "Sənaye və mülkiyyət inşaatı" və "Təşkilati menecment" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

Geoinformasiya sistemləri və ərazilərin idarə edilməsi fakültəsi Fakültədə "Şəhər inşaat edilməsi və onun idarə edilməsi", "Torpaq idarə edilməsi və kadastrı", "Geodeziya" və "Geoinformasiya sistemləri və texnologiyaları" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

İnşaat və texnologiya fakültəsi Fakültədə "Bina strukturları, məhsulların və materialların texnologiyası" və "Əmtəəşünaslıq və kommersiya fəaliyyəti" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

Avtomatlaşdırma və informasiya texnologiyaları fakültəsi Fakültədə "Qaldırıcı nəqliyyat, tikinti, yol, meliorasiya maşınları və avadanlığı", "Texnologiya proseslərinin avtomatlaşmış idarə edilməsi", "Məlumat idarəetmə sistemləri və texnologiyaları", "İnformasiya texnologiyaları dizaynı", "Qaldırıcı nəqliyyatın istehsalı, saxlanması və təmiri, yol, drenaj maşın və avadanlıqlar profili üzrə peşəkar təhsil", "İdarəetmə və təlimdə kompüter texnologiyası profili üzrə peşəkar təhsil" və "Layihələrin idarə edilməsi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır.

Sanitar-texnik fakültəsi Fakültədə "İstilik və ventilyasiya", "Su və çirkab işlərinin aparılması" və "Ekologiya və ətraf mühit" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. thumbnail|Universitetin yerləşdiyi prospekt (mart 2010).

Təhsil müddəti Universitetdə təhsil alan tələbələr üçün təhsil müddəti ixtisasdan asılı olaraq, bakalavr 4-4,5 il, magistratura isə 1-1,5 ildir.

Yataqxanada Universitetdə təhsil alan tələbələr yataqxanada ödənişli əsaslarla 2 və ya 3 yerlik lazımi şəraiti olan otaqlar ilə təmin olunurlar.

Rəhbərləri (direktor və rektorları) Bu ali təhsil müəssisəsində yarandığı gündən 1955-ci ilə qədər ən yüksək rəhbər vəzifə direktor adlanmışdır. 1955-ci ildən isə rektor adlanır. İlk diertoru E. Q. Yakovlev, ilk rektoru isə A. L. Kalişuk olmuşdur. Soyadı, adı, atasının adı Fəaliyyət dövrü Yakovlev E. Q. 1930 – 1935 Lazukov N. V. 1937 – 1938 Şişkin V. E. 1938 Fursov Fyodor İvanoviç 1944 – 1948 Plexov Nikolay Dmitriyeviç 1948 – 1955 Kalişuk A. L. 1955 – 1961 Vetrov Yuri Aleksandroviç 1961 – 1983 Tuqay Anatoli Mixayloviç 1984 – iyun 2012 Bajenov Viktor Andreyeviç (v.i.e.) iyun – sentyabr 2012Ректору ищут замену nagolos.com.ua Kulikov Petro Musiyeviç 26 sentyabr 2012-ci ildənРектор knuba.edu.ua

Mükafatları Universitet 26 mart 1976-cı ildə SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilmişdir.Энциклопедический справочник «Киев» (на русском языке), изд. 3-е под редакцией Кудрицкого А. В., Киев, 1986. Главная редакция Украинской Советской Энциклопедии, стр. 225. Bu mükafatın şərəfinə ali təhsil müəssisəsinin əsas foyesindəki döşəməyə qranit vurulmuşdur.

Beynəlxalq əlaqələri Fəaliyyət istiqamətinə uyğun olara dünyanın bir sıra ali məktəbləri ilə əməkdaşlıq edir. Bunlardan biri də Azərbaycan Memarlıq və İnşaat Universitetidir.Azərbaycan Memarlıq və İnşaat Universitetinin Xarici tərəfdaşları azmiu.edu.az Xüsusilə AzMİU-nun İnşaat-texnologiya fakültəsinin KNUBA ilə sıx əlaqələri vardır.Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat-texnologiya fakültəsi azmiu.edu.az

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Ukrayna universitetləri Kateqoriya:1930-cu ildə yarananlar Kateqoriya:Kiyevdə təhsil Kateqoriya:Memarlıq təhsili Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Ukraynanın milli ali təhsil müəssisələri